“Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı regionda davamlı sabitlik üçün çox vacibdir” - Fərid Şahbazlı


“Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı regionda davamlı sabitlik üçün çox vacibdir” - Fərid Şahbazlı

“Gürcüstanının Baş naziri İrakli Kobaxidzenin parlament seçkilərindən sonra ilk səfərini Azərbaycana etməsi iki ölkə arasındakı münasibətlərin möhkəm dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq səviyyəsində olduğunu sübut edir. Təsadüfi deyil ki, Baş nazir Azərbaycanın Gürcüstün üçün yalnız dəyərli dost deyil, etibarlı tərəfdaş və qardaş ölkə olduğunu xüsusilə vurğuladı”.

 

Sfera.az bildirir ki, bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib. Onun sözlərinə görə, Azərbaycan Gürcüstan münasibətləri müxtəlif sınaqlardan uğurla keçərək, yalnız etibarlı tərəfdaşlığa deyil, həm də möhkəm dostluğa əsaslanır: “Bu baxımdan İrakli Kobaxidzenin parlament seçkilərindən sonra ilk səfərini Azərbaycana etməsi iki ölkə arasında əlaqələrin ruhuna tam adekvatdır. Bu səfər yaxın keçmişdə baş verən proseslərə qiymət vermək və gələcək üçün iki dost ölkə arasında bütün sahələrdə əməkdaşlığın dəqiq konturlarını müəyyən etmək baxımından çox əhəmiyyətlidir. Eyni zamanda səfər çərçivəsində liderlər tərəfindən verilən mühüm mesajlar da Cənubi Qafqazda davamlı sabitliyin təmin olunması baxımından son dərəcə zəruridir”.

 

Fərid Şahbazlı bildirib ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin çıxışında Prezident İlham Əliyevin parlaq liderliyinə və milli maraqlara xidmət edən siyasətinə diqqət çəkməsi dövlət başçımızın regionda, eləcə də dünyada artan nüfuzunun növbəti dəfə ifadəsi oldu: “Prezident İlham Əliyev də görüşdə iki ölkə xalqları arasında əsrlərə dayanan dostluq, mehriban qonşuluq, qardaşlıq münasibətlərini xüsusi vurğuladı. Prezident İlham Əliyev Gürcüstanın Azərbaycan üçün etibarlı tərəfdaş və dost ölkə olduğunu və gürcü xalqının keçirilən son seçkidə milli dəyərləri, təhlükəsizliyi seçərək doğru qərar verdiyini bildirdi. Bütün bunlar Azərbaycan-Gürcüstan əlaqələrinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə tam əminlik yaradır”.


OXŞAR XƏBƏRLƏR

Bu ölkədə internetə şəxsiyyət vəsiqəsi ilə giriş dövrü başladı

Böyük Britaniyada “təhlükəsiz internet” adı altında yeni qanun qüvvəyə minib.   Sfera.az xəbər verir ki, “Online Safety Act” ...

Emin Ağalarov: Avropanın ən böyük kazinosu “Sea Breeze”də tikiləcək

Tanınmış iş adamı və müğənni Emin Ağalarov yeni layihəsi ilə bağlı sensasion açıqlama verib.   Sfera.az xəbər verir ki, onun sözlərinə görə, Bakı yax...

Zaqatalada qadını vurub qaçan sürücü TUTULDU

Zaqatalada piyadanın ölümü ilə nəticələnən yol qəzası haqqında xəbər vermişdik. Belə ki, qadını vuraraq öldürən sürücü hadisə yerindən qaçmışdı.   Sf...

Çayda çimmək istəyərkən qəfildən suda batdı

İsmayıllıda 26 yaşlı şəxs çayda batıb.   Sfera.az xəbər verir ki, hadisə Göyçay çayının rayonun Gideyli kəndindən keçən hissəsində qeydə alınıb. &...

İranın bu şəhərində dəhşətli istilər qeydə alındı

Ötən 24 saat ərzində İranın cənub-şərqində yerləşən Xuzistan əyalətinin Ümidiyyə şəhəri dünyanın ən isti nöqtəsi kimi qeydə alınıb.   Sfera.az xəbər ...

Kainatda yeni qara dəlik aşkarlandı - Alimləri çaş-baş saldı

Yel Universitetindən astronom Piter Van Dokkum və onun rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu kainatın dərinliklərində yeni yaranmış superkütləli qara dəlik...