Hakan Fidan: Azərbaycan ən çətin günlərimizdə yanımızda olub
Siyasət
13:55 / 18.01.2025
7033
Azərbaycan ən çətin günlərimizdə yanımızda olub.
Sfera.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 18-i azərbaycanlı həmkarı Ceyhun Bayramovla Bakıda keçirilən birgə mətbuat konfransı zamanı deyib.
Nazir qeyd edib ki, qardaş Azərbaycanda olmaqdan məmnundur.
“20 Yanvar şəhidlərini bir daha rəhmətlə anırıq, Allah bir daha belə faciələr yaşatmasın.
Biz bütün zamanlarda həmişə bir-birimizin yanında olduq, bundan sonra da eyni yolu yeriməyə davam edəcəyik”, - nazir deyib.