Logo

Cənubi Koreya prezidentinin həbs müddəti uzadıldı

Cənubi Koreya prezidentinin həbs müddəti uzadıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Koreya Respublikasının Prezidenti Yoon Seok-Yeolun həbs müddəti 10 saat 32 dəqiqə uzadılıb.

Sfera.az xəbər verir ki, buna səbəb onun vəkillərinin məhkəmədə həbsin qanuniliyinə etiraz etmək cəhdinin uğursuzluğu olub.

“Yanvarın 16-da yerli vaxtla təxminən saat 14:03-də idarə tərəfindən həbsin qanuniliyinin yoxlanılması ilə əlaqədar sənədlər məhkəməyə təqdim edilib. Təhvil verilmiş materiallar yanvarın 17-də saat 00:35-də geri qaytarılıb”, - Korrupsiyaya Qarşı Mübarizə üzrə İstintaq Departamentindən bildirilib.

Həbsin qanuniliyi araşdırılarkən prezidentin 48 saatlıq həbs müddətinə fasilə verilib.

Qeyd edək ki, prezident yanvarın 15-də yerli vaxtla saat 10:33-də həbs edilib.

Firuzə Əliyeva

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR