Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü - FOTO

Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü - FOTO

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə mentorluq proqramını uğurla başa çatdıran üçüncü “Yüksəliş” müsabiqəsi qalibləri İlahə Baxışova Tahirli və Toğrul Ələkbərov ilə görüşüb.

 

Bu barədə Sfera.az-a nazirlikdən bildirib.

 

Nazir çıxışında Prezident İlham Əliyevin Sərəncamına əsasən təsis olunan “Yüksəliş” müsabiqəsinin intellektual səviyyəsi, idarəçilik keyfiyyətləri yüksək perspektivli rəhbər şəxslərin müəyyən edilərək dəstəklənməsi, kadr ehtiyatı bankının yaradılmasında önəmini vurğulayıb.

 

Hər iki mentinin bilik və təcrübə imkanlarını artırmaları, potensiallarını inkişaf etdirmələri üçün birillik proqram çərçivəsində müvafiq şəraitin yaradılması, bu istiqamətdə dəstəklə təmin edilmələri üçün görülmüş işlərdən bəhs olunub.

 

Onlar üçün nazirlikdə və nazirliyin qurumlarında görüşlərin keçirildiyi, habelə bir sıra tədbirlərdə iştirakının təmin edildiyi qeyd edilib. Mentilərə sosial sahədə son illər aparılan islahatlar, DOST konsepsiyası barədə ətraflı məlumatlar verildiyi bildirilib.

 

İ.Baxışova Tahirli və T.Ələkbərov mentorluq proqramı çərçivəsində onların bilik və bacarıqlarının, liderlik potensiallarının inkişaf etdirilməsi üçün yaradılan şəraitdən, göstərilən dəstəkdən razılıqlarını ifadə ediblər.

 

Görüşdə proqram çərçivəsində görülmüş işlərə, mentilərin fəaliyyət planlarının icrasında əldə etdikləri nailiyyətlərə dair fikir mübadiləsi aparılıb, onlara tövsiyələr verilib.


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...