Bərpaolunan enerji potensialından istifadə iqtisadi artıma gətirib çıxaracaq - ŞƏRH

Bərpaolunan enerji potensialından istifadə iqtisadi artıma gətirib çıxaracaq - ŞƏRH

Qarabağın işğaldan azad olunduğu gündən etibarən Prezident İlham Əliyevin tapşırığı ilə bu regionda təmir-bərpa işlərinə start verilib. Hər il bu regionun bərpası üçün dövlət büdcəsindən maliyyə ayrılır və bu il də ötən illərdə olduğu kimi bərpa-quruculuq işləri sürətlə davam etdiriləcək.

 

Sfera.az xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov söyləyib.

 

Otuz il ərzində mənfur düşmənin bu regionun infrastrukturunu tamamilə dağıtdığını, mədəni və tarixi abidələri, evləri, təhsil və tibb ocaqlarını, sənaye müəssisələrini tamamilə məhv etdiyini, şəhər və kəndləri viran qoyduğunu qeyd edən deputat 2020-ci ildən başlayaraq 4 il ərzində dövlət tərəfindən aparılan bərpa işləri ilə böyük nəticələrin əldə olunduğunu bildirib.

 

“Minalar təmizlənir, yeni yollar və körpülər salınır, yaşayış məntəqələri inşa edilir, nəhəng infrastruktur layihələri həyata keçirilir, zavod və fabriklər tikilir, iş yerləri açılır və vətəndaşlarımızın öz dədə-baba yurdlarına qayıdışı təmin olunur. Qısa müddət ərzində bir neçə beynəlxalq hava limanı tikilmiş, dəmir yolları çəkilmiş, təhsil ocaqları fəaliyyətini bərpa etmişdir. Dövlətin bu sahədə sürətlə həyata keçirdiyi işlər göstərir ki, yaxın gələcəkdə bu regionlar ölkəmizin əsas aparıcı bölgələrindən birinə çevriləcək. Ötən illərdə olduğu kimi, bu il də Qarabağ və Şərqi Zəngəzura vətəndaşlarımızın köçürülməsi davam edəcək. Ali Baş Komandan İlham Əliyevin bu məsələyə xüsusi diqqət və qayğı ilə yanaşması xalqımızın bu tarixi köçə olan əminliyini daha da artırır”, - deyə Göydəniz Qəhrəmanov vurğulayıb.

 

O qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən Ağdam və Cəbrayılda sənaye parklarının fəaliyyəti doğma yurdlarına qayıdan vətəndaşlarımız üçün karyera imkanlarını genişləndirəcək. Bu regionda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı ölkə iqtisadiyyatına mühüm töhfə verəcək və Qarabağ regionunun daha sürətli bərpasında xüsusi rol oynayacaq. Sənaye parklarında fəaliyyət göstərmək istəyən sahibkarlara dövlət tərəfindən təqdim edilən güzəştlər iş adamlarının regiona cəlb olunmasına əlavə imkanlar açır.

 

Deputat, həmçinin Prezident İlham Əliyevin təşəbbüsü ilə Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan edildiyini vurğulayıb. O bildirib ki, yaşıl enerji mənbələrinin yaradılması regionun inkişafına böyük fayda verəcək.

 

“Dövlətimiz iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizə aparmaq məqsədilə müxtəlif tədbirlər görür. Yaşıl enerji istehsalı və onun dünya bazarına ixracı Azərbaycanın əsas siyasət prioritetlərindən biridir. 2024-cü ilin Prezidentin Sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması da bu istiqamətdə atılan mühüm addımdır. 2030-cu ilə qədər Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi”dir. Qarabağ və Şərqi Zəngəzur bölgələrində kifayət qədər bərpaolunan enerji potensialı mövcuddur. Bu potensialdan istifadə enerji səmərəliyini artırmaqla yanaşı, ekoloji təmiz texnologiyaların tətbiqinə şərait yaradacaq. Günəş və külək elektrik stansiyalarının yaradılması yaşıl enerji istehsalına, ətraf mühitin qorunmasına, iş yerlərinin açılmasına və iqtisadi artıma səbəb olacaq”, - G.Qəhrəmanov əlavə edib.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda rusdilli məktəblər BAĞLANIR?

Azərbaycanda rusdilli məktəblərin bağlanacağı ilə bağlı iddia var. Valideynlər deyirlər ki, bu barədə məktəblə bağlı "WhatsApp" qruplarına bildirişlər...

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

Azərbaycanla Özbəkistan arasında iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb.     Sfera.az xəbər v...

Sahibkarların sığortaya təşviqi məqsədilə yeni əməkdaşlıq quruldu

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayevlə Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Mürsəl...

“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olmuş polkovnik Mirzə Cəlilovun cinayət işinin təfərrüatı məlu...

Rusiyanın 5 hava limanı fəaliyyətini dayandırdı

İjevsk hava limanı müvəqqəti olaraq reysləri qəbul etmir.   Sfera.az xəbər verir ki, bu barədə “Rosaviatsiya” məlumat yayıb.   ...

Məktəblərimizdə Çin dili tədrisi uğurlu olacaq? - AÇIQLAMA

Elm və Təhsil Nazirliyi Azərbaycan məktəblərində Çin dilinin tədrisini təşviq etməyi planlaşdırır. Bu təşəbbüs cəmiyyət və təhsil mütəxəssisləri arasında müxtəl...