Azərbaycana sonsuz təşəkkürümü bildirirəm - Vuçiç

Azərbaycana sonsuz təşəkkürümü bildirirəm - Vuçiç

Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycana təşəkkürünü bildirib.

 

Sfera.az xəbər verir ki, bu barədə Serbiya lideri sosial şəbəkədə yazıb.

 

“Azərbaycandan olan qardaş və dostlarımız məni məlumatlandırdılar ki, fors-major səbəbindən yaranan obyektiv problemlərə baxmayaraq, Serbiyaya qaz təchizatı dayandırılmayacaq. Azərbaycana və tezliklə Belqradda böyük səbirsizliklə gözlədiyim Prezident İlham Əliyevə sonsuz təşəkkürümü bildirirəm”, – dövlət başçısı qeyd edib.

 

Qeyd edək ki, "Şahdəniz Alfa" platforması ilə Səngəçal terminalı arasında sualtı kondensat ixrac xəttində yaranan texniki problem səbəbindən Azərbaycandan Serbiyaya qaz ixracı müvəqqəti dayandırılıb. Aleksandr Vuçiç texniki problemlərin aradan qaldırılmasına 1-2 ay vaxt lazım ola biləcəyini bildirmişdi. Lakin Azərbaycan qazının Serbiyaya tədarükünün yanvarın 15-də bərpa olunacağı gözlənilir.


OXŞAR XƏBƏRLƏR