Əli Əsədov monteneqrolu həmkarına başsağlığı verdi
Siyasət
19:00 / 02.01.2025
10968
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Çetinye şəhərində törədilmiş silahlı hücum ilə bağlı Monteneqronun Baş naziri Miloyko Spaiçə başsağlığı məktubu ünvanlayıb.
Bu barədə Sfera.az-a Azərbaycan Respublikasının Nazirlər Kabinetindən bildirilib.
Ə.Əsədov hadisə nəticəsində çoxsaylı insan tələfatı və yaralanması xəbərindən kədərləndiyini bildirib, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.