Tramp və Mask HƏDƏFDƏ: "O, Amerika üçün əsas təhlükədir" - AÇIQLAMA

Tramp və Mask HƏDƏFDƏ: "O, Amerika üçün əsas təhlükədir" - AÇIQLAMA

2024-cü ilin sonu və Yeni ilin ilk günləri Amerika Birləşmiş Ştatları üçün heç də yaxşı başlamayıb. Cəmi 3 gün ərzində 2 terror hadisəsi və Las-Veqas şəhərində yeni prezident Donald Trampa məxsus “Trump İnternational” otelinin qarşısında Tesla “Cybertruck” markalı pikapın partlaması qeydə alınıb.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, baş verənlər Ağ Evin gələcək sahibi üçün 2025-ci ilin ağır keçəcəyinin xəbərçisidir.  Onun sözlərinə görə, Tramp-Mask ittifaqı Amerikanın siyasi dairələrində çoxlarını narahat edir:

 

"“Trump İnternational” otelinin qarşısındakı partlayış nəticəsində 1 nəfər ölüb, 7 nəfər isə yaralanıb. Bu hadisədə hazırda ABŞ-nin iki əsas fiqurunun – Donald Trampın və İlon Maskın adı çəkilib. Birinin oteli hədəf götürülüb, digərinin icad etdiyi avtomobili müəammalı şəkildə partlayıb. İlon Mask partlayışla bağlı “X” sosial şəbəkəsindəki hesabında “biz heç vaxt belə bir şey görməmişik” cümləsini yazıb. Görünür, Mask bununla ona işarə edib ki, ona və dəstəklədiyi Prezidentə qarşı təxribat həyata keçirilib. İki mühafizəkarın ittifaqının ABŞ-nin daxili və xarici siyasətinə mənfi təsirləri barədə müxtəlif mülahizələr mövcuddur.

 

Mövzuyla bağlı “New York Times” dərgisində maraqlı məqalə yayımlanıb. Məqalədə keçmiş amerikalı general Rassel Onorenin Maskı “Amerika üçün əsas təhlükə” adlandırması yer alıb. O, Maskın ABŞ-nin əsas rəqibi Çinlə əlaqələrinə diqqət çəkib. Generalın fikrincə, Trampdan fərqli olaraq Mask Çin Kommunist Partiyası və onun yürütdüyü siyasət barədə yüksək fikirdədir. Həqiqətən, Maskın Çində yatırımları və zavodları mövcuddur. Məqalədə yazılıb ki, Mask Çin hökumətinin nəzarət etdiyi banklardan təxminən 1.4 milyard dollar kredit götürüb. Bu pula Çinin Şanxay şəhərində Tesla şirkətinə məxsus zavod tikilib. General Çinin müxtəlif ölkələrə və biznesmenlərə kreditləri havayı vermədiyini, bunun qarşılığında siyasi tələbləri olduğuna diqqəti çəkib.

 

Maraqlıdır ki, Donald Tramp Ağ Evdə oturan kimi Çinə qarşı gömrük tariflərini artıracağını planlaşdırıb. Belə olan halda, Maskın Trampın bu qərarına dəstək verməsi çətindir. Çünki əks halda, Maskın Çindəki yatırımları və zavodu təhlükə altında olacaq. Maskın Pekinlə yaxınlığı gələcək dövlət katibi Marko Rubionun da narahatlığına səbəb olub".

 

Politoloq qeyd edib ki, Maskın Pekinlə yanaşı, Moskva ilə də sıx əlaqələrinin mövcud olması başqa narahatlıqdır. 

 

"“Wall Street Journal” dərgisində yayımlanan məqalədə Maskın 2022-ci ilin sonundan Rusiya Prezidenti Vladimir Putinlə də təmaslarının olduğu bildirilib. Bu baxımdan bir qrup demokrat senator İlon Maskın müxtəlif ölkələrin hökumətləri ilə imzaladığı müqavilələri araşdırmağı tələb edib".

 

Firuzə Əliyeva

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

Əfqan Sadıqov azadlığa buraxıldı

Gürcüstanda həbs edilən azərbaycanlı jurnalist Əfqan Sadıqov azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Sevinc Sadıq...

İlin 6 ayını bir qəpik xərcləmədən dəbdəbəli kruiz gəmisində istirahətə sərf edən qadın

Kristin Kesteloo adlı qadın ilin altı ayını dəbdəbəli kruiz gəmisində keçirir. Üstəlik, bu müddət ərzində cibindən bir qəpik də çıxmır. Ərinin peşəsi sayəsində ...

İllərdir taxır: Morqan Frimanın qızıl sırğalarının arxasındakı kədərli həqiqət

Morqan Frimanı demək olar ki, hər filmdə özünəməxsus səsi və ciddi mövqeyi ilə xatırlayırıq. Amma illər keçdikcə dəyişməyən bir detal var: onun qulaqlarındakı q...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Aprelin 16-da İsmayıllı stansiyasından 19 km şimalda zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzin...

Bu bürclərə problem lazım deyil - Özləri onu yaradar

Bəzi insanlar var ki, gündəlik həyatda baş verən ən kiçik hadisəni belə dram halına salmağa ustadırlar. Onların emosional reaksiyaları, münasibətlərə yanaşmalar...

Bir aydır komada olan aktyor vəfat etdi

Aktyor və dublyaj aktyoru Vladimir Gerasimov 75 yaşında vəfat edib.   Sfera.az xəbər verir ki, bir ay əvvəl insult keçirən aktyor komadan ç...