ABŞ səfiri Azərbaycanı təbrik etdi
Siyasət
13:30 / 31.12.2024
4643
ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycanı təbrik edib.
Sfera.az xəbər verir ki, bu barədə M.Libbi səfirliyin "X" hesabında videomesaj paylaşıb.
Səfir dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması və çox sayda insanın həlak olması ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.
M.Libbi həmçinin yeni ildə hər kəsə sülh, firavanlıq və xoşbəxtlik arzulayıb.