Surinam Prezidenti İlham Əliyevə başsağlığı verdi

Surinam Prezidenti İlham Əliyevə başsağlığı verdi

Surinam Prezidenti Çandrikapersad Santoxi Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

 

Sfera.az xəbər verir ki, məktubda deyilir:

 

"Dekabrın 25-də çox sayda insanın həlak olduğu və yaralandığı faciəvi təyyarə qəzası ilə bağlı xəbər bizi dərindən kədərləndirdi. Surinam Respublikasının hökuməti və xalqı adından Azərbaycan Respublikasının hökumətinə və xalqına dərin hüznlə başsağlığı verirəm.

 

Düşüncələrimiz və dualarımız yaxınlarını itirmiş ailələrin yanındadır. Ümid edirik ki, xəsarət alan sərnişinlər tezliklə və tam sağalacaqlar.

 

Bu ağrılı-acılı günlərdə Uca Allahdan Sizə və xalqınıza səbir diləyirəm".

 

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

 

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

 

Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib. Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.

 

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

 

Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.

 

Dövlət başçısı həmçinin qəzada həlak olan ekipaj üzvlərini - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevanı Azərbaycanın Milli Qəhrəmanı adı, xəsarət alan ekipaj üzvləri - Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimlini isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edib.

 

İlkin məlumata görə, təyyarə fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.


OXŞAR XƏBƏRLƏR

Yeni il bayramında neçə nəfər zəhərlənib?

Yeni il bayramı günü (31.12.2024-cü il tarixdə) Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə bağlı 28 müraciət daxil olub. &nbs...

İstanbul Hava Limanı Avropanın ən bahalı hava limanı adlandırıldı

İtaliyanın "Corriere della Sera" qəzetinin araşdırmasına əsasən, İstanbul Hava Limanı yemək və içki qiymətləri baxımından Avropanın ən bahalı hava lim...

Bələdiyyə seçkisinin təşviqatı nə zamandan başlayır?

Gələn həftə bələdiyyə seçkisinin təşviqat kampaniyası başlayır.   Sfera.az xəbər verir ki, bu barədə məlumat "Azərbaycan Respublikasında bələdiy...

Elektrik naqillərinin üzərinə yıxılan turist minlərlə sakini işıqsız qoydu - FOTO

Argentinada yamac paraşütü ilə uçan turist elektrik naqillərinə yıxıldıqdan sonra bütün ərazini elektrik enerjisindən məhrum edib.   Sfera.az bildirir ...

Qazaxıstan Prezidenti yayılan şayiələri təkzibetdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 2026-cı ildə BMT-yə rəhbərlik etməyi planlaşdırması ilə bağlı sosial şəbəkələrdə yayılan şayiələri təkzib edib. &n...

Azərbaycanda 10 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA

Azərbaycanda yanvarın 3-ü saat 09:00-a olan faktiki hava açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, ölkə əra...