Prezident onlara Milli Qəhrəman adı verdi - SƏRƏNCAM

Prezident onlara Milli Qəhrəman adı verdi - SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. 

 

Sfera.az xəbər verir ki, Sərəncamda deyilir: 

 

2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Respublikasının Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirmiş və sərnişinlərin bir qismi xilas edilib.

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

 

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

 

“Azərbaycanın Milli Qəhrəmanı” adı ilə:

 

Kşnyakin İqor İvanoviç (ölümündən sonra)

Kalyaninov Aleksandr Georgiyeviç (ölümündən sonra)

Əliyeva Hökumə Cəlil qızı (ölümündən sonra)

 

1-ci dərəcəli “Rəşadət” ordeni ilə:

 

Əsədov Zülfiqar Sərdar oğlu

Rəhimli Aydan Vaqif qızı.


OXŞAR XƏBƏRLƏR

Dekabrda bankların dollar alışı azalıb -Rəqəmlər

2024-cü ilin dekabrında Azərbaycan bankları valyuta hərraclarında 565,2 milyon dollar dəyərində xarici valyuta alıb.   Sfera.az  Mərkəzi Bankın...

Tramp ərazi güzəştləri ilə razılaşmalı olacaq - İDDİA

Ukraynadakı münaqişəyə son qoymaq üçün ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ərazi güzəştlərinə razılıq verməyə məcbur olacaq.   Sfera.az xəb...

Yeni ili ən sonuncu Sakit Okeanda dənizçilər qeyd etdilər

2025-ci ili ən sonuncu görüşən gəmiləri Sakit Okeanda UTC-12 saat qurşağının hüdudlarında üzən, Yer kürəsinin ən qərbində yerləşən dənizçilər olub.   ...

Türkiyədə fabrikdə güclü yanğın başladı

Türkiyənin şimal-qərbində yerləşən Kırklareli şəhərində uşaq oyuncaqları fabrikində güclü yanğın başlayıb.   Sfera.az yerli mətbuata istinadən xəbər ...

Zelenski ABŞ bayrağı fonunda Yeni il təbriki edib

Ukrayna Prezidenti Volodimir Zelenski həmvətənlərinə Yeni il müraciətində ABŞ bayrağının rəngləri ilə işıqlandırılmış Vətən abidəsinin fonunda dayanıb. &nbs...

ABŞ-də sürücü yük maşınını izdihamın üzərinə sürdü - 10 nəfər öldü

ABŞ-nin Nyu-Orlean şəhərində sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində ən azı 10 nəfər həlak olub, daha 30 nəfər xəsarət alıb.   S...