Logo

Avropa Şurasının mənzil-qərargahı qarşısındakı Azərbaycan bayrağı yarıya endirildi

Avropa Şurasının mənzil-qərargahı qarşısındakı Azərbaycan bayrağı yarıya endirildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Strasburqda (Fransa) Avropa Şurasının mənzil-qərargahı qarşısında Azərbaycan bayrağı yarıya endirilib.

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov “X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Strasburqda Avropa Şurasının mənzil-qərargahı binası qarşısında Azərbaycanın üçrəngli bayrağı yarıya endirildi, çünki Azərbaycan xalqı 25 dekabrda baş vermiş və çoxsaylı insan ölümünə səbəb olmuş faciəli təyyarə qəzasının qurbanlarına görə yas saxlayır", - o bildirib.

Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Onların 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.

Hadisə ilə əlaqədar dekabrın 26-sı Azərbaycanda matəm elan edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR