Logo

İran Prezidenti təyyarə qəzası ilə bağlı İlham Əliyevə başsağlığı verdi

İran Prezidenti təyyarə qəzası ilə bağlı İlham Əliyevə başsağlığı verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İran Prezidenti Məsud Pezeşkian AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Sfera.az xəbər verir ki, bu barədə İran Prezidentinin saytı məlumat yayıb.

“Azərbaycan təyyarəsinin qəzaya uğraması xəbərinə çox məyus oldum. Sizə və Azərbaycan xalqına, xüsusən də həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir, Uca Yaradandan həlak olanlara rəhmət, məğfirət, yaralananlara isə tezliklə şəfa diləyirəm”, - M.Pezeşkian qeyd edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR