Azərbaycanda əməkhaqqı və pensiya artırıldı - SƏRƏNCAM

Azərbaycanda əməkhaqqı və pensiya artırıldı - SƏRƏNCAM

Azərbaycanda minimum əməkhaqqı, əmək pensiyasının minimum məbləği artırılıb.

 

Sfera.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Sərəncam imzalaması ilə mümkün olub.

 

1. Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilsin.

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

 

2.1. əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılmasına dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

2.2. sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

2.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

3. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 yanvar tarixli 3708 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 1, maddə 101 (Cild I) 1-ci hissəsi ləğv edilsin.

 

4. Bu Sərəncamın 1-ci və 3-cü hissələri 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.


OXŞAR XƏBƏRLƏR

Qışa hazırlıq faciəyə çevrilməsin: Ev konservləri ilə bağlı təhlükə siqnalı

Payızın yaxınlaşması ilə həm qida sənayesində, həm də ev şəraitində pomidor pastası və konserv məhsullarının istehsalı intensivləşib. Bir çox insan yayda yetişə...

Mərkəzi Parkda böyük süni gölyaradılacaq

Hazırda Mərkəzi parkın ərazisi təxminən 36 hektar təşkil etsə də, parka metronun "Nizami" stansiyasının ətrafında 21 hektara yaxın ərazi də əlavə olun...

Gəncə şəhər stadionunda bədbəxt hadisə- İşçi öldü

Gəncə şəhər stadionunda bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, tikintisi aparılan mərkəzi stadionda ölüm faktı qeydə alınıb.   ...

Yasamalda restoranda nöqsanlar aşkarlandı

Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 5 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Faiq Mənsim oğlu Heydərova məxsus "İzmir" restoranında plandank...

"Kişilik bahalı kostyum geyinmək deyil"

"Bu günlərdə üç böyük kişini yola saldıq… Atamı, ardınca böyük yazıçı Elçin Əfəndiyevi və muğam sənətimizin dirəyi Arif Babayevi… Üç fər...

Qatarla gedənlərin nəzərinə: Bu gün və sabah reyslər ləğv edilir!

Bakı-Keşlə sahəsində dəmiryol infrastrukturunda aparılan təmir işləri ilə əlaqədar olaraq, avqustun 8-də Abşeron dairəvi dəmir yolu marşrutu üzrə səhər və axşam...