"Fransa Azərbaycan qazının Avropaya ixracının qarşısını almaq istəyir" - Politoloq

"Fransa Azərbaycan qazının Avropaya ixracının qarşısını almaq istəyir" - Politoloq

"Fransa Azərbaycan qazının Avropaya ixracının qarşısını almaq üçün hərəkətə keçib".

 

Sfera.az xəbər verir ki, bunu siyasi ekspert Məhəmməd Əsədullazadə deyib. 

 

Onun sözlərinə görə, Fransa Cənubi Qafqaza Ermənistan üzərindən nüfuz edərək regionda güclənmək və nəqliyyat -kommunikasiya yollarına nəzarət etmək planları qurur:

 

“Həmçinin buradan Mərkəzi Asiya ilə əlaqələri nəzarətə götürməklə Qazaxıstandan idxalını və Özbəkistandan təbii ehtiyatların daşınmasını təmin etməyə çalışır. Bir neçə ay bundan əvvəl  Makron Qazaxıstan və Özbəkistana səfər edərək bu ölkələrdən uranın Fransaya ixracı barədə razılaşma əldə edib. Fransanın Afrikada geosiyasi mövqelərinin zəifləməsi, rəsmi Parisin öz xarici siyasətini Cənubi Qafqaz və Mərkəzi Asiya üzərində qurmasına səbəb olub.  Göründüyü kimi, Fransa imperializm siyasətini həyata keçirməyə çalışır. Hazırda Azərbaycan və Türkiyə bunun qarşısını alır”. 

 

Politoloq qeyd edib ki, məhz Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına Fransa qarşı çıxır:

 

“Çünki sülh müqaviləsi Türkiyənin regional mövqeyini gücləndirməsinə və Fransanın təsirinin tamamilə regionda sıfırlanmasına gətirib çıxaracaq. Ona görə də Ermənistana hücum silahları verməklə, yeni müharibədə maraqlıdır. Bununla da regiona Ermənistanın "xahişi ilə" ordu yeritmək və regionda daima qalaraq, özünün təklif etdiyi sülh müqaviləsini irəli sürməyi istisna etmək olmaz. Fransa əsrlər boyu imperiya siyasətini davam etdirir və onun strategiyasi bir və iki il üçün deyil, 30-40 illiyə əsaslanır. Azərbaycan Türkiyə ilə sıx siyasi və hərbi əlaqələri inkişaf etdirməklə, Cənubi Qafqazda və Mərkəzi Asiyada mövcud siyasi nizamı Türk birliyi çərçivəsinə salmaqla Fransanın aqressiv hərəkətliliyinin önləyə biləcək. Türkiyənin Cənubi Qafqazdan sonra, Suriyada mövqeyini gücləndirməsi, bu ölkəni beynəlxalq güc edib. Fransa məhz Cənubi Qafqazda iki güc qarşısında regionda neytrallaşdırılacaq. İranın zəiflədilməsi Fransanın Ermənistan siyasətinə zərbə oldu”.

 

Siyasi ekspert sonda vurğulayıb ki, Fransanın Azərbaycana qarşı hibrid müharibəsinə görə, Azərbaycan bu ölkənin Azərbaycanda diplomatik korpusun nümayəndələrinin bir neçəsini "arzuolunmaz" elan etməli və siyasi əlaqələri aşağı səviyyəyə salmalıdır.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR