Ceyhun Bayramov Serbiyanın Səfirlər Müşavirəsində iştirak və çıxış etdi

Ceyhun Bayramov Serbiyanın Səfirlər Müşavirəsində iştirak və çıxış etdi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasının dəvəti əsasında bu ölkəyə işgüzar səfəri çərçivəsində Serbiyanın Səfirlər Müşavirəsində iştirak və çıxış edib.

 

Sfera.az xəbər verir ki, nazir Ceyhun Bayramov çıxışı zamanı Azərbaycan-Serbiya strateji tərəfdaşlığının siyasi, iqtisadi, enerji, humanitar aspektlərindən, ölkələrimizi birləşdirən ümumi çağırışlar və bu çağırışlarla mübarizədə ortaq yanaşmamızdan ətraflı bəhs edib.

 

İki ölkə arasında 30 ilə yaxın tarixi olan diplomatik münasibətlərin bu gün Azərbaycan və Serbiya rəhbərliyinin birbaşa iştirakı ilə özünü əməldə, çoxşahəli strateji tərəfdaşlıqda göstərdiyi qeyd olunub.

 

Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurası, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya, habelə siyasi məsləhətləşmələr mexanizminin əməkdaşlığın inkişafında vacib rolundan bəhs olunub.

 

Ölkələrimiz arasında enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın perspektivlərindən geniş şəkildə bəhs edilib, Azərbaycanın Avropada enerji diversifikasiyasının transformasiyasında oynadığı rolun əhəmiyyəti, o cümlədən cari ildə qaz ixracı sahəsində Serbiya ilə əməkdaşlığın nəticələr verməsi məmnunluqla qeyd olunub. Yaşıl enerji sahəsinin ölkəmizin prioritetlərindən biri olduğu, bu istiqamətdə Qara dəniz sualtı enerji kabeli layihəsi, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında "yaşıl enerji" sahəsində strateji tərəfdaşlıq kimi təşəbbüslərin Xəzər və Qara dəniz hövzələrindən keçməklə Avropa və Mərkəzi Asiyanın əlaqələndirilməsində mühüm addımlar olduğu diqqətə çatdırılıb.

 

Nazir Ceyhun Bayramov, həmçinin bu il ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəticələri barədə Müşavirə iştirakçılarını ətraflı məlumatlandıraraq, yeni iqlim maliyyəsi hədəfinin razılaşdırılması, Paris sazişinin 6-cı maddəsi üzrə danışıqların yekunlaşdırılması, İtki və Zərər Fondunun fəaliyyətə başlaması üçün hazır vəziyyətə gətirilməsi istiqamətində əldə olunan uğurların qlobal iqlim gündəliyində əhəmiyyətindən bəhs edib.

 

Azərbaycan və Serbiyanı birləşdirən ortaq xüsusiyyətlər qismində ölkələrimiz arasında ərazi ölçüsü, əhali sayı, xalqlarımız arasında mövcud tarixi bağlar ilə yanaşı, təxminən eyni tarixi dövrdə müstəqillik qazanan hər iki ölkənin beynəlxalq hüququn selektiv tətbiqinə məruz qaldığı, ölkələrimizin ikili standartlar problemi ilə üzləşdiyi qeyd olunub.

 

Ölkələrimizin xarici aktorlara arxalanmamağın, geosiyasi qarşıdurmalarda tərəf olmamağın, manipulyasiya və müdaxilələrdən qaçınmaq üçün birbaşa danışıqlara üstünlük verilməsinin əhəmiyyətini anladığı qeyd edilib. Bu baxımdan, Azərbaycan və Serbiyanın xarici siyasətində eyni dəyərləri, xüsusilə ərazi bütövlüyü və suverenliyə daimi dəstəyi rəhbər tutmasının və bunun davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

 

Tədbirdə Serbiya xarici işlər naziri Marko Curiç, XİN-in heyəti, xaricdəki səfirləri, habelə Serbiya Parlamentinin sədri Ana Brnabiç iştirak edib.


OXŞAR XƏBƏRLƏR

Ukraynada Rusiyanın hücum etdiyi qaz kəməri işləyir

Çərşənbə günü Rusiyanın pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalmış Ukraynanın cənubundakı "Orlovka" qaz kəməri ilə təchizat bərpa edilib....

Tramp Putinin Zelenski ilə danışıqlar üçün şərtini açıqladı

ABŞ Prezidenti Donald Tramp avropalı müttəfiqlərinə bildirib ki, danışıqlara ərazi güzəşti daxil olarsa Rusiya lideri Vladimir Putin sülh danışıqlarını qəbul ed...

Gecə yarısı tez-tez oyanmağın əsas səbəbi - Nevroloqdan tövsiyələr

Gecə yuxudan tez-tez oyanmaq problemi bir çox insanı narahat edir.   Sfera.az Milli.az-a istinadən xəbər verir ki, bu vəziyyətin səbəbləri ilə bağlı ...

Azərbaycanda içkili avtomobil idarə edən VƏZİFƏLİ ŞƏXS SAXLANILIB

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) vəzifəli şəxsi inzibati qaydada həbs edilib..   Sfera.az Qaynarinfo-ya istinadən xəbər verir...

Nəbatat Bağında piknik yeri bağlandı - Səbəb

Mərkəzi Nəbatat Bağında piknik sahəsi müvəqqəti olaraq bağlanıb.   Sfera.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, buna səbəb ümumi dezinfeksiya...

Bakıda “Kənddən Şəhərə” yarmarkası təşkil olunacaq - Ünvan

Avqustun 9-u və 10-da Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda ...