İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür məktubu göndərdi


İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür məktubu göndərdi

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifə təşəkkür məktubu göndərib.

 

Sfera.az xəbər verir ki, məktubda deyilir:
 

"Hörmətli cənab Baş nazir,
 

Əziz Qardaşım,
 

19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci Zirvə Görüşü zamanı Azərbaycan Respublikasının yekdilliklə D-8 təşkilatının üzvü seçilməsinə görə qardaş Pakistan İslam Respublikasına və şəxsən Sizə dərin təşəkkürümü bildirirəm.

 

Əlamətdar haldır ki, otuz ilə yaxın müddət ərzində fəaliyyət göstərən D-8 təşkilatı ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul etmişdir. Azərbaycana beynəlxalq etimadın göstəricisi olan bu tarixi qərar bizim üçün xüsusi qürur mənbəyidir.


Azərbaycanın namizədliyinə ifadə edilən birmənalı dəstək təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürüdür.
 

Əminəm ki, Azərbaycan bütün üzv ölkələrlə birlikdə D-8-in təməl prinsiplərinin qorunması, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi və ümumi maraqlarımızın təşviqi, İslam həmrəyliyinin möhkəmlənməsi və böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunmasına öz töhfəsini verəcəkdir.

 

Qarşılıqlı inam, hörmət və dəstəyə əsaslanan, gündən-günə yeni məzmunla zənginləşən Azərbaycan-Pakistan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur.
 

Biz qardaş Pakistanla siyasi, iqtisadi, ticari, nəqliyyat, hərbi-texniki, humanitar və digər sahələrdə çoxşaxəli əməkdaşlığımızı və strateji tərəfdaşlığımızı daim genişləndirməyə xüsusi əhəmiyyət veririk. İyul ayında ölkənizə həyata keçirdiyim dövlət səfəri əlaqələrimizin tarixində yeni səhifə açmışdır, bu səfəri ən xoş təəssüratlarla xatırlayıram.
 

COP29-da iştirak etmək üçün Azərbaycana səfərinizi, Sizinlə mehribanlıq, səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü, apardığımız fikir mübadilələrini yüksək qiymətləndirirəm. 2025-ci ildə Sizin Azərbaycana dövlət səfərinizi səbirsizliklə gözləyir, bunun qardaşlıq münasibətlərimizin möhkəmlənməsinə, səmərəli birgə fəaliyyətimizin daha da dərinləşməsinə təkan verəcəyinə əminliyimi ifadə edirəm.
 

Bir daha Sizə minnətdarlığımı bildirir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Pakistan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".


OXŞAR XƏBƏRLƏR

Şəkər saç tökülməsini müalicə edə bilər - Yeni TƏDQİQAT

Şeffild Universitetinin alimləri müəyyən ediblər ki, şəkər bütün dünyada kişi və qadınlarda saç tökülməsinin ən çox yayılmış səbəblərindən biri olan irsi saç tö...

Addım atmaq belə qadağandır: Dünyada qadınların girə bilməyəcəyi 5 qadağan olunmuş ərazi

Dünyanın hər küncü kəşfiyyatçılar üçün fərqli bir macəra təklif edir, lakin bəzi istiqamətlər qadınları öz qapılarından kənarda qoyur. Tarixi əhəmiyyəti, dini i...

Suriyada sakinlər banklara pullarla dolu zibil torbaları gətirir - FOTO

Suriyada yerli sakinlər pulla dolu çantalarla banklara basqın edir.   Sfera.az bildirir ki, Suriyanın paytaxtı Dəməşqdə çəkilmiş fotolarda insanların b...

Fəalların etirazlarından sonra “Parisdə son tanqo” filminin nümayişi ləğv edildi

Amerikalı aktyor Marlon Brandonun əsərlərindən ibarət retrospektiv çərçivəsində nümayiş etdirilməli olan italyan rejissoru Bernardo Bertoluççinin "Parisdə ...

Heç bir canlının yaşaya bilmədiyi dəniz niyə “Ölü dəniz” adlanır?

Çoxumuz Ölü dənizi səthə çıxan hər kəsin asanlıqla üzə biləcəyi çox duzlu su hövzəsi kimi tanıyırıq. Bəs bu göl həqiqətən öz adına layiqdirmi? Sfera.az bildi...

İsveçdə 6 ay ərzində ikinci məşhur reper güllələnib - FOTO

İsveçli reper Qaboro dayanacaqda güllələnib və qatil “edamı” lentə alıb. Cəmi altı ay əvvəl reper S.Qambino da dayanacaqda öldürülüb.   Sfe...