Qərb yenidən “Gürcüstan marşrutu”nu işə salmaq istəyir - TƏHLİL

Qərb yenidən “Gürcüstan marşrutu”nu işə salmaq istəyir - TƏHLİL

Bakıdakı şəbəkəni Gürcüstan üzərindən maliyyələşdirmək cəhdləri davam edir.

 

“Meydan TV” işi ilə bağlı ortaya çıxan son faktlar Qərbin Azərbaycandakı şəbəkəsini yenə də Gürcüstan üzərindən maliyyələşdirməyə davam etdiyini təsdiqlədi.

 

Araşdırmalar nəticəsində məlum olub ki, “Meydan TV”nin maliyyələşməsini həyata keçirən Almaniyada qeydiyyatdan keçirilmiş “Demokratiya Uğrunda Assosiasiya” (Vereinigung für die Demokratie) adlı QHT-nin ABŞ vətəndaşı olan rəhbəri Metyu Kasper (Matthew Kasper) vəsaiti Gürcüstan banklarına transfer edir, daha sonra turist, yaxud müxtəlif məqsədlər adı altında Tbilisiyə gedən “Meydan TV” əməkdaşları həmin pulları nağdlaşdıraraq, ölkəyə gətirirlər. “Meydan Tv” əməkdaşı Ramin (Deko) Cəbrayılzadənin saxlanılmamışdan bir neçə gün öncə Gürcüstanda səfərdə olması və ölkəyə qayıdarkən, üzərindən 38 min avronun çıxdığı faktı da bunu isbat edir.

 

Bu faktlar Qərbin Azərbaycandakı şəbəkəsinin maliyyələşməsində Gürcüstanın platforma kimi istifadə edilməsi cəhdlərinə hələ də son qoyulmadığını göstərir.

 

Azərbaycana qanunsuz maliyyə axınında Gürcüstanın platforma olaraq istifadə edilməsi hələ 2010-cu illərdən başlayıb. 2013-cü ildə Bakıda “facebook inqilabı” adlanan iğtişaşların təşkil edilməsi üçün ABŞ Milli Demokratiya İnstitutu (NDİ) tərəfindən ayrılan 2 milyon dollar vəsait izi azdırmaq üçün Gürcüstan bankları vasitəsilə ötürülmüşdü. Həmin il xarici qrantlarla bağlı qanun sərtləşdirildikdən sonra Azərbaycandakı şəbəkəyə ayrılan pulların Gürcüstanda nağdlaşdırılması, “qaçaqmalçılıq yolu” ilə ölkəyə gətirilməsi geniş vüsət aldı. Bu prosesin qarşısı 2015-ci ildə - AXCP funksionerlərinin hər ay ən azı Tbilisiyə səfər etməsi və Bakıya pullar daşımasının ifşa edilməsi ilə alındı. Hərçənd, Qərb dairələri Bakıdakı şəbəkəyə maliyyəni yenə Gürcüstan vasitəsilə çatdırılmasından imtina etmədi, əvəzində, daha fərqli metodlardan istifadə etməyə başladılar.

 

1. Gürcüstan banklarına köçürülən vəsaitlər orada kiçik hissələr şəkilində Azərbaycan banklarında yaradılmış cari hesalara transfer edilir;

 

2. “Kölgə bankçılıq” adlandırılan və gizli olduğu üçün daha çox İŞİD kimi terror təşkilatlarının da istifadə etdiyi “Hawala sistemi”ndən istifadə olunur;

 

3. Xarici ölkələrə məxsus olan “adsız kartlar”dan istifadə edilir;

 

“Abzas media” və “Toplum Tv” işində aprarılan araşdırılmalar bu faktları ortaya çıxardı. Məlum oldu ki, “Toplum Tv” üzərindən yarım milyon manatdan çox vəsait Azərbaycana qanunsuz şəkildə gətirilib. Bu məqsədlə “nağlaşdırma üsulu”, “Hawala sistemi” və hissə-hissə transfer yollarından istifadə edilib. “Abzas media”nın rəhbəri Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, eləcə də “Meclis.info”nun rəhbəri İmran Əliyev isə Gürcüstanın “TBC Bank”, Böyük Britaniyanın EML və ABŞ-ın “US Bank Reliakard” banklarına aid “Adsız kartlar”dan istifadə edib.

 

Bu faktların ifşa edilməsi ilə Qərbin Azərbaycandakı şəbəkəsinə ötürdüyü qanunsuz maliyyələnin qarşısı böyük ölçüdə alındı. Şəbəkənin ifşa edilməsi qeyri-qanuni maliyyələşmənin dayandırılacağı gözləntilərini yaratsa da, “Meydan TV” işi ilə bağlı yayılan faktlar bunun əksini göstərir. Və məlum olur ki, Qərb dairələri yenidən Gürcüstan üzərindən Azərbaycandakı şəbəkə üzvlərinin maliyyələşdirilməsinə cəhd edir.

 

Əldə etdiyimiz məlumata əsasən, qeyri-qanuni maliyyələşmə prosesində Gürcüstanda fəaliyyət göstərən “TBC Bank”ın adı çəkilir. “Abzas media” əməkdaşlarının istifadə etdiyi “adsız kartlar”ın “TBC Bank”a da aid olması bu bankın qanunuz maliyyə əməliyyatlarında təcrübəli olduğundan xəbər verir.

 

Bəs, Gürcüstan dövləti Qərbin Azərbaycandakı şəbəkəsinin maliyyələşməsində iştirak edirmi?

 

Gürcüstanın Azərbaycana qarşı olan bu prosesdə iştirak etməsi ehtimalı azdır, xüsusilə Bakı-Tbilisi xəttindəki münasibətlər belə düşünməyə əsas verir. Eyni zamanda, Gürcüstanın yeni hakimiyyəti Azərbaycandakı şəbəkəni maliyyələşdirən Qərb dairələrinin təxribat planlarından ciddi şəkildə əziyyət çəkir. Bu baxımdan, istisna deyil ki, Qərbin Gürcüstanda yaratdığı şəbəkə qeyri-qanuni vəsaitlərin Azərbaycana gətirilməsinin aktiv iştirakçısıdır və müxtəlif metodlarla maliyyə əməliyyatlarını diqqətdən yayındırmağa çalışırlar. Bunun qarşısının alınması Gürcüstanın yeni hökumətinin bir nömrəli işi olmalıdır. Çünki Gürcüstandakı son seçkilər və küçə iğtişaşlarında rəsmi Tbilisi Qərb maliyyəsinin sabitlik üçün nə qədər təhlükəli olduğu reallığını öz üzərində hiss etdi. Qeyri-qanuni maliyyə əməliyyatlarının qarşısının alınmaması Gürcüstan və Azərbaycan da daxil olmaqla, bütövlükdə regionun sabitliyinə risk yaradacaq.

 

Və ən əsası - Azərbaycandakı şəbəkənin “bəslənilməsində” Gürcüstandan hələ də platforma kimi istifadə edilməsi cəhdləri, həm də Qərbin Bakı və Tbilisini üz-üzə qoymaq planının tərkib hissəsidir. Ümid edirik ki, Gürcüstanın yeni hökuməti bütün bu məqamları diqqətə alacaq. publika.az

 


OXŞAR XƏBƏRLƏR

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb - CANLI

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb.   Sfera.az xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.   Bu gü...

Nazirlikdən əhaliyə ŞAD XƏBƏR - Pulsuz evlər veriləcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müə...

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...