"Fransa səfiri özünü səfil kimi aparır" - Siyavuş Novruzovdan İRAD

"Fransa səfiri özünü səfil kimi aparır" - Siyavuş Novruzovdan İRAD

“İlham Əliyevin çıxışı, gələcək sülh müqaviləsi üçün verdiyi mesajlar hər birimiz üçün yol xəritəsidir”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Siyavuş Novruzov deyib.

 

“Bu çıxışdan sonra ayrı-ayrı dövlətlər Azərbaycana qarşı məkrli niyyətlərini yerinə yetirməyə çalışacaqlar. Bundan sonra bəzi səfirlər Azərbaycanda diplomatik yox, siyasi fəaliyyətlə məşğul olmağa, statuslar yazmağa başlayıblar. Bunlara qarşı da nazirlik tərəfindən addımlar atılır, lakin daha kəskin addımlar atılmalıdır. Fransanın səfiri özünü səfil kimi aparmağa başlayıb. Prezidentin qarşıya qoyduğu proqramı tam şəkildə yerinə yetirməliyik. Azərbaycan bu gün təhlükəsizlik adasıdır və biz bunu qorumalıyıq”, - millət vəkili bildirib.

 

Parlament sədri Sahibə Qafarova deputat Siyavuş Novruzovun sözlərinə dəstək verərək bildirib ki, nazirlik bu gün heç olmadığı kimi sərt cavab verir və düz də edirlər.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

"Real"ın gənc uluzuna cinayət işi açıldı

"Real"ın gənc ulduzu Raul Asensio və onun klubun gənclərdən ibarət kollektivindəki keçmiş komanda yoldaşlarına qarşı cinayət işi açılıb.  ...

Ötən ay ən çox şikayət olunan banklar - Siyahı

Azərbaycan Mərkəzi Bankı (AMB) cari ilin aprel ayı ərzində bank müştәrilәrinin bank xidmәtlәrindәn istifadәsi üzrә şikayәt indeksini acıqlayıb.   Sfe...

“Haka” rəqsi edən deputatlar cəzalandırıldı - "Bu ən sərt qərardır"

Yeni Zelandiya parlamentində keçirilən iclas zamanı “Haka” rəqsi edərək mübahisəli qanun layihəsinə etiraz edən üç deputata cəza verilməsi tövsiyə o...

Azərbaycanda ən yüksək maaş bu şəhərdədir - Bakı sıralamada ikincidir

2025-ci ilin aprelin 1-nə olan məlumata əsasən, Azərbaycanda ortaaylıq maaş 1084 manatdır. Bəzi şəhər və rayonlarda orta maaş səviyyəsi bu həddən yüksəkdir.&nbs...

Aparıcı Zaurla Günayın xaricə köçməsi iddiasına ATV-dən REAKSİYA

Tanınmış telejurnalist, ATV-nin “Bizimləsən” və “Zaurla Günaydın” verilişlərinin aparıcısı Zaur Baxşəliyevin müəllifi olduğu proqramları...

Zelenskidən Putinə MESAJ: "Mən burdayam!" – VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfərini Rusiya lideri Vladimir Putin üçün "çox aydın siqnal" adlandırıb.   Sfera.az x...