Azərbaycan 2024-2026-cı illər üzrə AQEM-ə Sədrlik edəcək


Azərbaycan 2024-2026-cı illər üzrə AQEM-ə Sədrlik edəcək

Dekabrın 17-də Azərbaycanın ev sahibliyi ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Xarici İşlər Nazirləri Şurasının virtual formatda 7-ci iclası keçirilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

 

Bildirilib ki, Nazirlər Şurasının iclasında 27 üzv ölkədən nazirlər, dövlət nazirləri, nazir müavinləri, habelə nümayəndə heyətlərinin rəhbərləri iştirak edib və çıxışlar ünvanlayıblar. Tədbirdə, həmçinin 3 müşahidəçi dövlət və 8 tərəfdaş beynəlxalq təşkilatın rəhbərləri iştirak edib.

 

Nazirlər Şurasının 7-ci iclasında Müşavirəyə 2024-2026-cı illər üzrə sədrlik Qazaxıstandan Azərbaycana keçib.

 

İclasda çıxış edən nazir Ceyhun Bayramov 2024-2026-cı illər üzrə AQEM-də sədrliyi Azərbaycana həvalə etməklə ölkəmizə göstərilən etimada görə bütün üzv dövlətlərə təşəkkür edib.

 

Nazir, həmçinin çoxqütblülüyün gücləndiyi və çoxtərəfliliyin yeni çağırışlarla üzləşdiyi bir dövrdə Asiya qitəsinin həmin çağırışlara birlik və əməkdaşlıq şəraitində, eyni zamanda, ortaq məsuliyyət prinsipi əsasında cavab verməli olduğunu, AQEM-in bu əməkdaşlığı daha da inkişaf etdirərək çağırışları dəf etmək üçün unikal bir platforma olduğunu diqqətə çatdırıb.

 

Azərbaycanın AQEM-ə sədrliyinin "Daha güclü AQEM - Asiyada əlaqəlilik, rəqəmsallaşma və dayanıqlı inkişaf" mövzusuna həsr olunduğu və AQEM-in transformasiyası və institusional inkişafı, etimad-quruculuğu tədbirlərin icrası vasitəsilə sahəvi əməkdaşlığın gücləndirilməsi və AQEM-in digər beynəlxalq və regional təşkilatlarla birgə fəaliyyətinin təşviqi istiqamətlərinin 3 əsas prioritet olaraq irəlilədiləcəyi qeyd edilib.

 

C.Bayramov, həmçinin Azərbaycan tərəfindən 2025-ci il üçün AQEM-in 5 ölçüsü üzrə 20-dən çox tədbirin təşkilinin planlaşdırıldığını vurğulayıb. Bu xüsusda, nəqliyyat dəhlizləri, kiçik və orta sahibkarlığın inkişafı, kənd təsərrüfatı, kibertəhlükəsizlik, ətraf mühit, gənclər, turizm, mədəni irsin mühafizəsi, humanitar mina təmizləmə, elm və təhsil kimi sahələrə xüsusi diqqət ayrılacağı bildirilib.

 

Azərbaycanın AQEM-ə sədrliyinin Müşavirənin beynəlxalq aktivliyinin artırılmasına və digər beynəlxalq və regional təşkilatlarla tərəfdaşlıq münasibətlərinin genişləndirilməsinə xüsusi diqqət ayırdığı qeyd olunub.

 

AQEM-in baş katibi Kayrat Sarıbay tərəfindən Müşavirənin 2020-2024-cü illər ərzində - Qazaxıstan sədrliyi dövründəki fəaliyyəti barədə hesabat verilib.

 

İclasın yekununda "AQEM üzv dövlətləri arasında münasibətlərin rəhbər prinsipləri haqqında Bəyannamə"nin 25 illiyi ilə bağlı Nazirlər Şurasının Bəyanatı, Etimad quruculuğu tədbirlərinin icrasının modallıqlarına dair Nazirlər Şurasının qərarı, Etimad quruculuğu tədbirlərin kataloqunun yenilənmiş versiyası və AQEM üzv dövlətlərinin Aparıcı Universitetlərinin Tərəfdaşlıq Şəbəkəsinin təsis edilməsinə dair Memorandum layihələri qəbul edilib.

 

 

 


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...