Fransada hökumət dəyişə bilər - 2 dekabradək vaxt verildi

Fransada hökumət dəyişə bilər - 2 dekabradək vaxt verildi

Fransanın mövcud hökumətinin buraxılması ehtimalı artır. Aparılan rəy sorğuları və parlamentdəki gərginlik hazırkı Baş nazir Mişel Barnierin vəzifəsini itirməsinə səbəb ola bilər. 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Fransada xalqın 53 faizinin dəstəyi ilə fəaliyyətə başlayan Baş nazir Mişel Barnier son sorğuya görə xalqın 36 faizininin dəstəyini qazana bilir. Xalqın 53 faizi hazırkı hakimiyyətin dəyişməsini istəyir. 


Digər tərəfdən, ifrat sağçı lider Marin Le Pen hökumətə təzyiqlərini davam etdirir. İfrat sağçı Milli Rallinin (RN) Parlament Qrupunun sədr müavini Marin Le Pen büdcə ilə bağlı tələblərini "qırmızı xətt" olaraq xarakterizə edib və Barnier hökumətini etimadsızlıq təklifini dəstəkləməklə hədələyib. 


Le Pen “Le Monde” qəzetinə açıqlamasında elektrik enerjisi qiymətlərindəki vergi artımının geri götürülməsinə baxmayaraq, 2025-ci il büdcəsinin hazırkı variantında hələ də problemlərin olduğunu vurğulayıb. Le Pen büdcə ilə bağlı tələblərini yerinə yetirmək üçün Barnierə dekabrın 2-dək vaxt verdiyini açıqlayıb.


Parlamentdə 124 deputatı olan ifrat sağçı RN və 192 üzvü olan solçu Yeni Xalq Cəbhəsi (NFP) ittifaqı hökumətə qarşı etimadsızlıq təklifini birgə dəstəkləyir. 


Parlamentdə etimadsızlıq təklifi rəsmiləşərsə, hökumət istefaya getməli olacaq. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Eyni ad, eyni peşə və eyni görünüşlü iki yad şəxs DNT testi verdi - FOTO

Hamımız həyatda özümüzə bənzəyən birini tapmağı xəyal etmişik. Bəs bu adam sizinlə eyni peşəyə malikdirsə, eyni addadırsa və eyni əkizini kimidirsə? Sfera.az...

Buzlu Sibir dənizində 67 gün sağ qalmağı bacaran adamın inanılmaz hekayəsi - FOTO

Soyuq dənizlərdə keçirdiyimiz hər an yaşamaq mübarizəsini daha da çətinləşdirir. Okeanın ortasında 67 gün sağ qalmağı bacarsanız nə edərdiniz? Sfera.az bildi...

Diri-diri basdırılan kişi keçmiş iş adamını məhkəməyə verdi

ABŞ-ın Ayova ştatından olan inşaat işçisi Trevor Kilgore 2023-cü ilin iyununda səngərin çökməsi nəticəsində diri-diri torpağa basdırılıb. Bundan sonra o, keçmiş...

Komanda yoldaşını ayıdan xilas edən gənc güləşçinin hekayəsi - FOTOLAR

İndiyə qədər dostluqla bağlı çoxlu hadisələrin şahidi olmuşuq. Bəzilərinə “Afərin”, bəzilərinə “Ayıb olsun” deməklə kifayətlənmişik. &n...

Türkiyəni gözəl günlər gözləyir - Ərdoğan

Çətinliklər olsa da, Türkiyəni gözəl günlər gözləyir.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan X hesabında yazıb. &...

Sabah bəzi ərazilərdə işıqolmayacaq

"Naxçıvan" yarımstansiyasından qidalanan 10 kilovoltluq 12 nömrəli xətt aparılan cari təmir işləri ilə əlaqədar sifarişə əsasən açılacaq.  &nb...