COP29-da razılaşdırılmış MƏBLƏĞ: Azərbaycan nə qədər ödəyəcək?

COP29-da razılaşdırılmış MƏBLƏĞ: Azərbaycan nə qədər ödəyəcək?

Məlum olduğu kimi, Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) uzun danışıqlardan sonra əldə edilən razılığa görə, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə təxminən 10 il ərzində hər il 300 milyard dollar ödəyəcəklər. Bu vəsait kasıb ölkələrə iqlim dəyişiklikləri ilə mübarizə aparmaq üçün verilir.

 

Qeyd edək ki, UNFCCC tərəfdarları 4 cür təsnif edilir - Əlavə I, Əlavə II, Az inkişaf etmiş ölkələr və Qeyri-Əlavə I.  Təbii ki, hər birinin öz öhdəlikləri var. 

 

Əlavə I -  Burada Avropa İttifaqı da daxil olmaqla, 43 tərəf ölkə var. Bu ölkələr sənayeləşmiş ölkələr kimi təsnif edilir. Bunlardan 24-ü Avropa İttifaqı da daxil olmaqla Əlavə II-yə tərəf ölkələrdir, 14-ü isə keçid dövrü ölkələridir. Ölkələrə əsasən, ABŞ, İngiltərə, Türkiyə, Rusiya, Ukrayna, Macarıstan, İsveçrə, Avstraliya, Belçika, Kanada, Almaniya və Yaponiyanı misal çəkmək olar. Bu ölkələr istixana qazlarının antropogen emissiyalarını məhdudlaşdırmaqla iqlim dəyişmələrinin yumşaldılmasına dair milli siyasətlər qəbul etməyə və müvafiq tədbirlər görməyə, habelə ayrı-ayrılıqda və ya birlikdə 1990-cı il emissiya səviyyələrinə görə atılan addımlar haqqında hesabat verməyə çağırılır.

 

Əlavə II - Bu Tərəflər İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) üzvlərindən, Türkiyə istisna olmaqla Aİ-dən ibarətdir. Əlavə II tərəflərindən inkişaf etməkdə olan ölkələrə onların istixana qazı emissiyalarının azaldılmasında və iqlim dəyişmələrinin təsirlərinin idarə edilməsində köməklik göstərmələri üçün onlara maliyyə və texniki dəstək göstərmələri tələb olunur.

 

Az inkişaf etmiş ölkələr -  49 Tərəfdən ibarətdir. Onlar iqlim dəyişmələrinin təsirlərinə uyğunlaşmaq imkanlarının məhdudluğu baxımından müqaviləyə əsasən xüsusi statusa malikdirlər.


 
Qeyri-Əlavə I: Konvensiyanın I Əlavəsində qeyd olunmayan UNFCCC-nin tərəfləri əsasən aşağı gəlirli inkişaf etməkdə olan ölkələrdir. İnkişaf etməkdə olan ölkələr kifayət qədər inkişaf etdikdə Əlavə I ölkələri olmaq üçün könüllü ola bilərlər.

 

Bunlardan ABŞ, Çin və Yaponiya kimi böyük sənayeyə sahib ölkələr maliyyə ayırır və kasıb ölkələrə işlərin görülməsi üçün verilir. Azərbaycan isə müəyyən qədər maliyyə alsa da, həm də kasıb ölkələrə büdcə ayırmalıdır.

 

Maraqlıdır, bu məbləğdən Azərbaycanın payına nə düşəcək? 

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı deputat Vüqar Bayramov bildirib ki, Azərbaycan qlobal məsələlərdə öz töhfəsini verən ölkədir:

 

“Ümumiyyətlə, COP29-da qəbul edilən maliyyələşdirilmə ilə bağlı qərarın əsas fəlsəfəsi ondan ibarətdir ki, daha çox sərvətə malik olan inkişaf etmiş ölkələr iqlim dəyişikliklərində mübarizə ilə bağlı tədbirləri maliyyələşdirsinlər. Eyni zamanda, iqlim dəyişikliyi qlobal xarakter daşıdığı üçün sərvəti çox olan ölkələr zəif inkişaf etmiş ölkələrə də kömək etsinlər. COVID-19 pandemiyası dövründə Azərbaycanın kasıb ölkələrə dəstəyi və həmin ölkələrdə pandemiyaya qarşı mübarizədə Azərbaycanın vəsait ayırması onu göstərir ki, Azərbaycan qlobal məsələlərdə öz imkanları çərçivəsində dəstək olmağa çalışır”. 

 

Millət vəkili qeyd edib ki, Azərbaycan öz imkanları çərçivəsində dəstəyini davam etdirəcək:

 

“Sözsüz, COP29-da maliyyələşdirmə daha çox inkişaf etmiş ölkələr tərəfindən vəsaitin cəlb edilməsini nəzərdə tutur. Azərbaycan COP29-a ev sahibliyi etməklə praktik olaraq prosesi koordinasiya etdi və bu maliyyələşdirmə ilə bağlı qərar da məhz Bakıda qəbul olundu. Bu da ondan xəbər verir ki, Bakı iqlim dəyişikliklərinə qarşı mübarizədə xüsusi rola malikdir”.

 

Firuzə Əliyeva 


OXŞAR XƏBƏRLƏR

Alimlər robotlara düzgün qərarları tez qəbul etməyi öyrədiblər - YENİ KƏŞF

Kaliforniya Texnologiya İnstitutunun alimləri real vaxt rejimində robotların hərəkətini idarə edə bilən Spectral Expansion Tree Search (SETS) alqoritmini işləyi...

Bu milyarderin də "gizli" arvadı tapıldı - Özündən 47 yaş kiçik

80 yaşlı milyarder Larri Ellisonun 33 yaşlı "gizli" arvadının olduğu üzə çıxıb.   Sfera.az xəbər verir ki, bu barədə "Daily Best"...

Məbəddə 70 cəsəd və 600 timsah gizlədib - Polis araşdırma aparır

Tailand polisi ruhanilər arasında məşhur olan məbədə basqın edib. Burada 73 cəsəd, həmçinin 600 timsahın olduğu gölməçə tapıb. Abbat iddia edir ki, cəsədlər rah...

İspaniyada səlahiyyətlilər bir sifarişlə turist şəhərini xəyala çevirdilər - FOTO

İspaniyada hakimiyyət bir fərmanla gözəl kurort ərazisini xəya şəhərinə çevirib. İnsanlar oradan çıxarılıb və geri qayıda bilmirlər, çünki sənəd heç vaxt ləğv o...

Məhəmməd İngiltərədə oğlan uşaqlarına verilən ən məşhur ad olub

Ərəb adı Məhəmməd indi İngiltərə və Uelsdə oğlanlar üçün ən populyar ada çevrilib. Bu ad rəsmi reytinqlərdə Nuh adını geridə qoyub. Milli Statistika İdarəsinin ...

Ətin bahalaşma SƏBƏBLƏRİ - VİDEO

Son illərdə respublikamızda qoyunçuluğun inkişaf dinamikasında azalma müşahidə edilib. Statistikaya görə, bu ilin yanvar-sentyabr aylarında xırda buynuzlu heyva...