""Hizbullah" və İsrail arasında atəşkəsin dayanıqlılığı bundan asılı olacaq" - ŞƏRH

""Hizbullah" və İsrail arasında atəşkəsin dayanıqlılığı bundan asılı olacaq" - ŞƏRH

ABŞ və Fransanın vasitəçiliyi ilə İsraillə “Hizbullah” arasında atəşkəs əldə edilib. Əsasən, Fransa Livanda humanitar böhranın qarşısını almaq üçün ABŞ ilə danışıqlar aparaq atəşkəsə nail olub. 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi ekspert Məhəmməd Əsədullazadə deyib ki, Fransa Livanda siyasi -humanitar böhranın inkişafında maraqlı deyil:

 

“Livanın əsas maliyyə dəstəkçisi Fransadır. Uzun illər Livan Fransanın müstəmləkəsi olub. “Hizbullah” İsrailin Livanda quru əməliyyatının qarşısını ala bilib. Yalnız qırıcı təyyarələr sayəsində “Hizbullah” zərbələr endirməklə, daha çox Livanın infrastrukturunu sıradan çıxarırdı. Fikrimcə,“Hizbullah” və İsrail arasında atəşkəsin dayanıqlığı Qəzza ilə  bağlı proseslərdən asılı olacaq. Artıq ABŞ Türkiyə ilə birgə HƏMAS-la İsrail arasında atəşkəsin əldə edilməsi barədə danışıqlara başlayacaq”.

 

M.Əsədullazadə bildirdi ki, Türkiyə Yaxın Şərqdə geosiyasi proseslərin həllində fəal rol oynayacaq:

 

“ABŞ İranı HƏMAS-dan uzaqlaşdırmaq üçün məhz Türkiyə ilə birgə çalışacaq. Amma İran Türkiyənin rolunu sabotaj edə bilər. Vaşinqton Ankara ilə çalışacaqsa, atəşkəs əldə edilə bilər. Həmçinin Fələstin dövlətinin yaradılması istiqamətində Türkiyənin ABŞ ilə danışıqlar aparması mümkündür. Digər tərəfdən, Trampın Ağ Evə gəlməsi gedişatı “tormozlaya bilər”.  Bayden isə yanvarın 20- kimi Yaxın Şərqdə atəşkəsə nail olmağa çalışır. Amma bu, yarımçıq atəşkəs olacaq”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Efirdə ərini başqa qadınla göstərdilər, Şura “pozuntu yoxdur” dedi – VİDEO

Ötən gün ATV telekanalında yayımlanan “Rəngarəng” proqramında qalmaqallı anlar yaşanıb. Zaur Nəbioğlunun aparıcılığını etdiyi verilişin qonağı müğən...

Avropanın bu şəhərində müsəlmanlara hücumlar 70 faiz artıb

2024-cü ildə Almaniyanın paytaxtı Berlində müsəlmanlara qarşı hücumlar təxminən 70 faiz artıb.   Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir k...

Rusiya 1200 əsgərin cəsədini qaytardı

Rusiya Ukrayna Silahlı Qüvvələrinin (AFU) ilk min əsgərinin cəsədini Kiyevə təhvil verib.   Sfera.az xəbər verir ki, bu barədə “Telegram&r...

Bakıya enən məşhur təyyarə AZAL-a 700 mindən çox pul ödəyəcək - İDDİA

Məlum olduğu kimi, dünyanın ən iri sərnişin təyyarəsi 2 gün əvvəl Bakıya məcburi eniş edib. Buna səbəb göyərtədə olan sərnişinlərdən birinin səhhətində yaranan ...

Kəmaləddin Heydərov İtaliya səfiri ilə görüşdü

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lu...

"Google" Android 16-nın buraxılış tarixini açıqladı

"Google" yaxın günlərdə Android 16 əməliyyat sisteminin yekun versiyasını təqdim edəcəyini açıqlayıb.   Sfera.az  xəbər verir ki, &quo...