“Putin atəşkəslə bağlı bu şəxslə danışıqlara açıqdır, bir şərtlə ki..." - “Reuters” AÇIQLADI

“Putin atəşkəslə bağlı bu şəxslə danışıqlara açıqdır, bir şərtlə ki..." - “Reuters” AÇIQLADI

Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə atəşkəs üçün ABŞ-nin yeni prezidenti Donald Trampla görüşə açıq olduğunu bildirib. Ukrayna tərəfindən uzaq mənzilli raketlərlə Rusiyaya son hücumla əlaqədar gərginlik artsa da, Putindən atəşkəs danışıqları üçün müsbət siqnallar gəlib.

 

Sfera.az “Reuters”in məlumatına istinadən xəbər verir ki, Putin atəşkəs üçün razılaşmaya açıq olsa da, işğal edilən ərazilərin önəmli hissəsini qaytarmaq fikrindən uzaqdır.

 

Xatırladaq ki, dünən Ukrayna ATACMS sistemi ilə Rusiyaya hücum edərkən, Rusiya da nüvə doktrinası dəyişikliyi qəbul edib. Putin Rusiya ordusuna kütləvi və dağıdıcı hücumlara cavab olaraq nüvə silahından istifadəyə icazə verən fərman imzalayıb.

 

Sənədə görə, Rusiya nüvə dövləti tərəfindən dəstəklənən qeyri-nüvə dövlətinin özünə və ya müttəfiqlərinə qarşı hücumunu birgə hücum kimi qiymətləndirəcək. Bu, Putinin sentyabrda doktrinanı yenidən nəzərdən keçirəcəyini vəd etməsindən sonra baş verir. ABŞ isə bu vəziyyətin onlar üçün sürpriz olmadığını və cavab olaraq heç bir tədbir görməyəcəklərini bildirib.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Pensiya və maaşlarla bağlı yenilik gözlənir – TARİX açıqlandı

Son dövrlərdə tələbə təqaüdləri də daxil olmaqla bir sıra sosial ödənişlərdə artımlar həyata keçirilib. İndi isə ictimaiyyətin əsas diqqətində maaş və pensiyala...

Prezidentin köməkçisi ABŞ-nin Zəngəzur dəhlizi layihəsində iştirakı ilə bağlı şayiələri şərh edib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri üzrə şöbəsinin rəhbəri Hikmət Hacıyev "Berliner Z...

Bakıda moped avtomobillə toqquşdu: ölən var

Bakıda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi qəzası baş verib.   Sfera.az xəbər verir ki, Binəqədi rayonu Novxanı qəsəbəsi Heydər Əliyev küçəsində ...

"Üçüncü dünya müharibəsi ehtimalı artır" - Orban

“Üçüncü dünya müharibəsi təhlükəsi getdikcə artır”.   Sfera.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Maca...

Arif Babayevin son durumu necədir? – Mərkəzi Klinikadan AÇIQLAMA

"Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır".   Sfera.az xəbərr verir ki, bu barədə APA-ya Mərkəzi Klinikanın Baş həkim...

Şuşada yanğın zamanı mina partlayışları baş verib

Növbəti yanğın hadisəsi Şuşa rayonu Qala Dərəsi adlanan ərazisində baş verib.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, hadisə ilə bağlı əraziyə F...