İlham Əliyev Finlandiya Prezidenti ilə görüşdü - YENİLƏNİB

İlham Əliyev Finlandiya Prezidenti ilə görüşdü - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb ilə görüşüb.

 

Sfera.az xəbər verir ki, gələn il Finlandiyanın ATƏT-in fəaliyyətdə olan sədri funksiyasını üzərinə götürəcəyini deyən Aleksandr Stubb Helsinki Yekun Aktının 50 illiyinin qeyd olunacağını vurğuladı.

 

Finlandiya Prezidenti Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin ölkəsi tərəfindən dəstəkləndiyini qeyd edərək, bu gündəliyin irəliyə aparılması ilə maraqlandı.

 

ATƏT-in Minsk qrupunun artıq tarixin bir tərkib hissəsi olduğunu deyən dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan sülh gündəliyini dəstəkləyir. Prezident İlham Əliyev Ermənistana da COP-da iştirak etmək üçün dəvət göndərildiyini, lakin bu ölkənin iştirak edib-etməməsinin Ermənistanın özünün qərarı olduğunu bildirdi.

 

Aleksandr Stubb Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət etdi. Dövlətimizin başçısı dəvəti məmnunluqla qəbul etdi.

 

Söhbət zamanı ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

***

15:48

 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşüb.

 

Sfera.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


OXŞAR XƏBƏRLƏR

Orta məktəbdə bıçaqlanma - Yaralı var

Naxçıvanda orta məktəb şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Babək rayonu, Məm...

Təhsil almadan 11 dil öyrəndi: “Əllərimə yazaraq başladım”

Antalyanın Manavqat rayonunda yerləşən Side Antik kəndində bir zərgərlik mağazasında çalışan 56 yaşlı Cuma Turhan heç bir rəsmi təhsil almadan 11 dili öyrənməyi...

Gəncədə qəzaya uğrayan BMV evin yanmasına səbəb oldu

Gəncə şəhərində BMV markalı minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat...

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda 3,8 maqnitudalı zəlzələ baş verib.   Sfera.az Gürcüstan mediasına istinadən xəbər verir ki, zəlzələ ölkənin şimal-şərqində qeydə alınıb. ...

"Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər" - Mirzoyan

Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı yaxşı xəbər ola bilər.   Sfera.az Teleqraf-a istinadən xəb...

Alça bu insanlara qəti QADAĞANDIR – ARAŞDIRMA

Turş dadı və bol C vitamini ilə tanınan bu meyvə bəzi insanlar üçün təhlükə mənbəyi ola bilər. Söhbət mövsümü meyvə olan alçadan gedir.    Mütəxəs...