Cozef Borrell Kiyevə GETDİ

Cozef Borrell Kiyevə GETDİ
Kateqoriya məlum deyil
T

Avropa İttifaqı diplomatiyasının rəhbəri Cozef Borrell Kiyevə gedib.

 

Sfera.az bildirir ki, bu barədə o, “X” sosial şəbəkə hesabında qeyd edib. Borell bildirib ki, bu onun Kiyevə beşinci səfəridir:

 

“Aİ diplomatik xidmətinin rəhbəri kimi isə sonuncu dəfədir”, - o vurğulayıb.

 

Borrell bildirib ki, Ukraynaya dəstək Aİ gündəminin əsas mövzusu olaraq qalmaqda davam edəcək. Bir gün əvvəl Aİ liderlərinin Budapeştdə keçirilən qeyri-rəsmi görüşündə Borrell deyib ki, səfər zamanı Kiyevə yardım göstərilməsini Zelenski ilə müzakirə etməyi planlaşdırır.

 

Günay

 

PAYLAŞ