İlham Əliyev Trampı TƏBRİK ETDİ

İlham Əliyev Trampı TƏBRİK ETDİ

Prezident İlham Əliyev ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampa təbrik məktubu ünvanlayıb.

 

Sfera.az xəbər verir ki, təbrikdə deyilir:

 

“Hörmətli cənab Tramp,

 

Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

 

Seçkilərdə qazandığınız inamlı qələbə dost Amerika xalqının şəxsən Sizə, yürütdüyünüz siyasi xəttə böyük dəstək və etimadının aşkar ifadəsidir.


Azərbaycan Respublikası Amerika Birləşmiş Ştatları ilə münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir.

 

Siz birinci prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə, əməkdaşlığımızın davamlı və ardıcıl inkişafına böyük diqqət ayırırdınız. Məmnunluqla qeyd etmək istərdim ki, bu dövr ərzində qarşılıqlı etimad və dəstəyə əsaslanan tərəfdaşlığımız, o cümlədən bir sıra mühüm sahələrdə, xüsusilə də qlobal çağırışlara və terrorizmə qarşı mübarizədə, beynəlxalq sülhün və təhlükəsizliyin gücləndirilməsində, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində birgə fəaliyyətimiz dinamik və yüksələn xətt üzrə inkişafı ilə səciyyələnirdi. Azərbaycanın enerji strategiyasına Sizin daim qətiyyətli dəstəyinizi xüsusi qeyd etmək istərdim.

 

Biz Birləşmiş Ştatlar ilə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ikitərəfli tərəfdaşlığımızı bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, təhlükəsizlik, enerji, yaşıl və rəqəmsal keçid və digər istiqamətlər üzrə daha da genişləndirmək və dərinləşdirmək əzmindəyik. İnanırıq ki, Sizin yeni prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər daha da möhkəmlənəcək, yeni əməkdaşlıq sahələri müəyyən olunacaqdır.
Azərbaycan bundan sonra da Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir.

 

Əminəm ki, Azərbaycan-ABŞ dostluq münasibətlərinin güclənməsi, ölkələrimizin milli maraqları, o cümlədən milli təhlükəsizlik maraqları əsasında tərəfdaşlığımızın irəli aparılması yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

 

Bir daha Sizə ən səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Amerika xalqının rifahı naminə qarşıdakı ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.


OXŞAR XƏBƏRLƏR

Brayza Trampın seçilməsindən DANIŞDI: "Olacaqları təxmin etmək..." - VİDEO

ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza “TRT World” telekanalına ABŞ prezident seçkiləri haqqında danışıb.   Sfera.az xəbər ver...

Türkiyə hərbçiləri dörd terrorçunu MƏHV ETDİ

Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində dörd terrorçu öldürülüb.   Sfera.az xəbər verir ...

Təcili tibbi yardım maşınları COP29 zolaqlarından istifadə edə biləcək

Təcili tibbi yardım maşınlarının Bakının avtomobil yollarındakı COP29 zolaqlarından istifadə etməsinə icazə veriləcək.   Sfera.az xəbər verir ki, bun...

Trampın qələbəsi Maskın sərvətini KƏSKİN ARTIRDI - SƏBƏB

Donald Trampın qələbə qazanması “Tesla”nın səhmləri üçün düşərli olub.   Sfera.az xəbər verir ki, Trampın qələbə qazandığı bilinəndən so...

Quzey Kiprin TDT-yə üzvlüyü Mərkəzi Asiya ölkələrinə təhlükə yarada bilərmi? - AÇIQLAMA

Bu gün Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşü keçirilib.   Bununla bağlı Sfera.az-a açıqlam...

Rusiya gözəli 12 milyonluq zinət əşyasını ölkədən çıxardığı üçün saxlanıldı

"Miss Rusiya" və "Dünya gözəli 2015" titullarının sahibi Sofiya Nikitçuk Moskvanın Vnukovo hava limanında saxlanılıb.   Sfera.az ...