Seçki kampaniyası ərzində Harris üçün Trampdan daha çox vəsait toplanıb - RƏQƏMLƏR
ABŞ-də noyabrın 5-də baş tutacaq seçkilərin təbliğat və təşviqat dövründə xərclənən vəsait rekord həddə çatıb.
Sfera.az “Bloomberg”in araşdırmasına istinadən xəbər verir ki, ABŞ-də seçki prosesi zamanı 11 min siyasi qrup iki namizəd üçün ümumilikdə 15 milyard dollar xərcləyib. Ən böyük iki qrup Kamala Harrisi dəstəkləyən fondlardan ibarət olub. Yüz ən böyük qrup ümumi xərclərin təxminən 65 faizini ayırıb.
Federal Seçki Komitəsinə təqdim edilən sənədlərə görə, bu qruplar arasında milyarder İlon Mask tərəfindən dəstəklənən siyasi təbliğat komitələri ilə yanaşı adi kiçik təşkilatlar da var.
Rəqəmlərə nəzər saldıqda iki namizəd arasında Kamala Harrisin kampaniyasının maliyyə baxımından daha güclü olduğu görülüb. Araşdırmaya daxil edilən 11 min qrup arasında ən böyük iki təşkilat Harrisi dəstəkləyənlər olub. “Harris for Predisent” qrupu 875 milyon dollar, “Future Forward” isə 621 milyon dollar xərcləməklə lider olublar. “Harris for Predisent” yalnız “Facebook” və “Google” kimi platformalardakı onlayn reklamlara 148 milyon dollar ayırıb.
Donald Tramp üçün ən çox pul xərcləyən qrupun xərci isə 381 milyon dollar olub.
Vasif