"Putin NATO-nu parçalayacaq, Avropa İttifaqını özündən asılı vəziyyətə salacaq" - ŞƏRH

"Putin NATO-nu parçalayacaq, Avropa İttifaqını özündən asılı vəziyyətə salacaq" - ŞƏRH

Şimali Koreya əsgərlərinin müharibəyə cəlb edilməsi Rusiya ilə Ukrayna arasında gərginliyi artırıb. Sözügedən ölkənin 10 mindən çox hərbçisinin Rusiya ərazisinə gətirilməsi fonunda, Ukrayna Prezidenti Volodimir Zelenski də ölkəsində xarici vətəndaşların orduda hərbi xidmət keçməsi barədə sərəncam imzalayıb.

 

Bu proses necə nəticələnə bilər?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Zelenskinin son qərarı ilə Ukraynada əcnəbi döyüşçülərdən ibarət briqadalar yaradılacaq. Onun sözlərinə görə, hazırda hərbi əməliyyatlar Rusiya və onun müttəfiqlərinin lehinə işləyir:

 

“Bir neçə günə Kursk uğrunda həlledici döyüş başlayacaq. Bu isə Rusiya-Ukrayna müharibəsində yeni bir mərhələnin başlanğıcı olacaq. Qərb Rusiyanın Ukraynada qələbəsinə şərait yaradarsa, Vladimir Putin NATO-nu böləcək. Həmçinin o, Avropa İttifaqını özündən asılı vəziyyətə salacaq. Ümumiyyətlə, Putinin strateji planı NATO-nu parçalamaq və Şərqi Avropanı nəzarətə götürməkdən ibarətdir”.

 

Politoloq qeyd etdi ki, sözügedən proseslərdən sonra Çin də Tayvanı nəzarəti altına ala bilər:

 

“Rusiya Prezidenti Vladimir Putin ABŞ başda olmaqla, Qərb blokunun təhlükəsizlik arxitekturasına ciddi zərbə vurub. Zelenski isə Vaşinqtonun əməli hərbi yardımlar göstərməməsindən narahatdır.  Fikrimcə, ABŞ-də keçiriləcək prezident seçkiləri müharibənin gedişatına mənfi təsir edir. Avropa ölkələri də Rusiya qarşısında zəiflik nümayiş etdirir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Bu rayonlara yağış yağdı

Milli Hidrometeorologiya Xidmətinin iyunun 24-ü saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.   ...

Paşinyan:"Sünnət olunmadığımı sübut etməyə hazıram"

2025-ci il 24 iyun tarixində Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında yeni paylaşımı ilə diqqət çəkib. O, bütün ermənilərin Katolikosu II ...

Ərdoğan: "Tərəfləri atəşkəsə əməl etməyə dəvət edirik"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail və İran arasında atəşkəslə bağlı razılaşmanın əldə olunmasını müsbət qarşılayıb.   Sfera.az bu barədə...

Merzdən İsrail-İran atəşkəsinə reaksiya

Əgər bu atəşkəs ABŞ-ın İranın nüvə obyektlərinə qətiyyətli hərbi zərbələrindən sonra uğur qazanarsa, bu, çox yaxşı hal olacaq.   Sfera.az xəbər ...

Türkiyədə hamı bu toydan danışır: məclisinə 5 min qonaq gəldi - VİDEO

Türkiyənin tanınmış futbol şərhçisi Sinan Engin ailəsində toy olub.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçmiş futbolçunun q...

Növbəti köç karvanı Həsənriz və Sarıcalıya çatdı

Ağdərə rayonunun Həsənriz kəndinə və Ağdam rayonunun Sarıcalı kəndlərinə yola salınan növbəti köç karvanı artıq bu kəndlərə çatıb, açarlar təqdim olunub. &nb...