Zelenski-Putin arasında GƏRGİNLİK ARTIR: “27-28 oktyabr tarixlərində...”

Zelenski-Putin arasında GƏRGİNLİK ARTIR: “27-28 oktyabr tarixlərində...”

Rusiya 27-28 oktyabr tarixlərində Şimali Koreya əsgərlərini Kursk cəbhəsinə köçürəcək.

 

Sfera.az bildirir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib. O, beynəlxalq ictimaiyyətdən Moskvaya qarşı əlavə tədbirlərin görülməsini istəyib.

 

Digər tərəfdən, Vladimir Putin Rusiya televiziyasına müsahibəsində Şimali Koreyanın müharibəyə cəlb olunması məsələsinə toxunub:

 

“Rusiya ilə Şimali Koreya arasında daha əvvəl imzaladığımız strateji müttəfiqlik sazişi parlamentimiz tərəfindən təsdiqləndi. Şimali Koreya əsgərləri ərazimizdə olsa belə, bu, tamamilə hüquqi vəziyyətdir. Müqavilənin 4-cü maddəsinə görə, hərbi baxımdan biz onların, onlar da bizim kömək göstərməyimizə razıdır. İki ildir ki, Ukrayna cəbhəsində Qərb ölkələrindən gələn əsgərlər görünmürmü? Münaqişəni kim qızışdırır? Bu sualı onlara vermək lazımdır”, - Putin bildirib.

 

O bundan əvvəl BRİCS sammiti çərçivəsində də sualları cavablandırmışdı: “Qərbdə Rusiya ərazisinə ayaq basan Şimali Koreya əsgərlərinin peykdən çəkilmiş şəkilləri yayımlanmağa başladı. Peyk görüntüləri ciddi işdir”.

 

Vladimir Putinin bu açıqlaması isə Rusiya-Ukrayna arasındakı gərginliyi bir qədər də artırmışdı.

 

Günay

 


OXŞAR XƏBƏRLƏR