MSK-nın nümayəndə heyəti bu seçkiləri müşahidə edəcək

MSK-nın nümayəndə heyəti bu seçkiləri müşahidə edəcək

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasına səfərə yola düşüb.

 

Bu barədə Sfera.az-a Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən məlumat verilib.

 

Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayevin dəvətinə əsasən reallaşdırılan səfərin başlıca məqsədi 2024-cü il oktyabrın 27-də Özbəkistan Respublikasının Ali Məclisinə keçiriləcək seçkiləri izləməkdir.

 

Səfər proqramına uyğun olaraq, Azərbaycan Mərkəzi Seçki Komissiyası sədrinin Özbəkistanlı həmkarı, həmçinin seçkilərin müşahidəsində iştirak edən təşkilatların və xarici ölkələrin seçki idarəetmə orqanlarının rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulur. Görüşlər zamanı qurumlararası əlaqələrin inkişaf perspektivləri, seçkilərlə bağlı müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanları və qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında müzakirələr aparılması planlaşdırılır.

 

Qeyd etmək lazımdır ki, Azərbaycan Mərkəzi Seçki Komissiyası Özbəkistan Ali Məclisinə seçkilərin müşahidəsində müxtəlif beynəlxalq təşkilatlarda da təmsil olunur. Belə ki, Komissiyanın digər təmsilçiləri beynəlxalq müşahidəçi qismində Türk Dövlətləri Təşkilatı və Müstəqil Dövlətlər Birliyinin tərkibində də sözügedən seçkilərin izlənilməsinə qatılıblar.

 

Mərkəzi Seçki Komissiyasının nümayəndələri səsvermə günü paytaxt Daşkənddə və bölgələrdə yerləşən seçki məntəqələrində müşahidə aparacaqlar.


OXŞAR XƏBƏRLƏR

Anasının sanitar qovşağa atdığı körpənin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO

Qubada xəstəxananın sanitar qovşağında doğulan uşağın görüntüləri yayılıb.   Sfera.az Xəzər TV-yə istinadən məlumat verir ki, körpənin sağlamlıq vəzi...

İşə qəbul imtahanı əlverişsiz havaya görə təxirə salındı

Martın 1-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin II mərhələsi (te...

Oğurlanmış pulla lotereyada yarım milyon avro qazanan evsizlər uduşlarını ala bilmirlər - TƏFƏRRÜATLAR

Ötən günlərdə Fransada iki evsiz şəxsin bank kartını oğurlayaraq lotereya bileti alması və yarım milyon qazanmaları barədə xəbər vermişdik. Qaliblər indi pulu a...

Zelenskiyə dəstək gəldi: "Siz tək deyilsiniz”

Polşanın Baş naziri Donald Tusk ABŞ lideri Donald Trampla gərgin keçən görüşdən sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə dəstəyini ifadə edib.   ...

Parisdə miqrantlar tərəfindən zəbt edilən teatr binası boşaldıldı

Yüzlərlə evsiz afrikalı miqrantın yaşadığı Parisin “Gaité Lyrique” teatrının rəhbərliyi zorakılıq səbəbindən binanı tərk edir. Sol İstiqamət özü onl...

Biri boğulub, digəri köpək balıqları tərəfindən parçalanıb: İki rus turist öldü

Filippində iki rusiyalı turist suya düşərkən ölüb. Biri boğularaq ölüb, digəri isə köpək balıqlarının hücumuna məruz qalıb. Filippin Sahil Mühafizəsinin sözçüsü...