Azərbaycan XİN Avropa İttifaqının səfirinə etiraz notası təqdim etdi

Azərbaycan XİN Avropa İttifaqının səfirinə etiraz notası təqdim etdi

Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

 

Bildirilib ki, Avropa Parlamenti tərəfindən 24 oktyabr tarixində qəbul edilmiş qətnamə, eləcə də bu qurumda baş tutmuş müzakirələr çərçivəsində Avropa Komissarı tərəfindən səsləndirilən əsassız və qərəzli fikirlər qəti şəkildə pislənib və bununla bağlı qarşı tərəfə etiraz notası təqdim edilib.

 

Aİ-nin müxtəlif institutları vasitəsilə Azərbaycana qarşı qarayaxma kampaniyasının davam etdirilməsinin, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qəsd edən, onun daxili işlərinə müdaxilə edən bəyanat və addımların Ermənistanda revanşizmi təşviq etdiyi, bununla regionda sülh səylərinə xələl gətirdiyi vurğulanıb.

 

Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərini beynəlxalq hüququn norma və prinsipləri, qarşılıqlı hörmət, bərabərhüquqluluq və ümumi fayda prinsipləri əsasında qurduğu bildirilib, qarşı tərəf də bu fundamental prinsiplərə ciddi şəkildə əməl etməyə çağırılıb.

 

"Avropa İttifaqı tərəfindən Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü pozan, daxili işlərinə müdaxilə edən, regionda sülh və sabitliyə xələl gətirən qərəzli addımlardan çəkinilməsi tələb olunub", - məlumatda qeyd edilib.


OXŞAR XƏBƏRLƏR

Tramp-Zelenski görüşündə qalmaqal necə başlayıb? - Mübahisənin tam stenoqramı

Dünən axşam saatlarında Ukrayna prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Tramp və onun vitse-prezidenti J.D.Vens ilə Ağ Evdə görüşüb. Görüş zamanı...

Bu gün AZƏRTAC-ın 105 yaşı tamam olur

Bu gün Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) 105 yaşı tamam olur.   Sfera.az xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tər...

Ukrayna üçün çətin dövr başlayır: “ABŞ-nin dəstəyi zəifləyəcək”

Dünən Ağ Evdə Donald Tramp və Volodimir Zelenski arasında keçirilən görüş iki lider arasında mübahisə ilə nəticələnib. Tramp Zelenskini “ya sövdələşməyə g...

İlham ƏIiyev “Barselona” Futbol Klubunun prezidentini qəbul etdi

Azərbaycan Prezidenti İlham ƏIiyev martın 1-də “Barselona” Futbol Klubunun prezidenti Xuan Laportanı qəbul edib.   Sfera.az xəbər ve...

DYP açıqladı: qarlı və buzlu havada ən təhlükəli yollar…

Qarlı və buzlu hava şəraitində bəzi yollar daha təhlükəlidir.   Sfera.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr...

Ağ Evdə “böyük oyun”: Tramp və Zelenski razılaşıb, hədəf

“Ağ Evdə ABŞ və Ukrayna prezidentlərinin görüşü ilk növbədə Donald Trampın Volodimir Zelenskini hörmətlə qarşılaması ilə diqqət çəkdi. Bir neçə gün öncə A...