"Seul Ukraynaya silah göndərə bilər" - Şimali Koreyaya CAVAB

"Seul Ukraynaya silah göndərə bilər" - Şimali Koreyaya CAVAB

“Şimali Koreya Rusiya ilə əməkdaşlıq çərçivəsində Ukraynaya xüsusi təyinatlılar göndərərsə, biz mərhələli şəkildə Kiyevi dəstəkləyəcək və həmçinin Koreya yarımadasında təhlükəsizliyin təmin edilməsi üçün lazımi tədbirləri nəzərdən keçirəcəyik”.

 

Sfera.az xəbər verir ki, bunu Cənubi Koreya Prezidenti Yoon Suok Yeol Polşa Prezidenti Andjey Duda ilə birgə mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, Seul Ukraynaya silah göndərmək imkanını nəzərdən keçirməyə hazırdır, çünki Şimali Koreya qoşunlarının Rusiyada təklif olunan yerləşdirilməsi yalnız Koreya yarımadasında deyil, həm də Avropada qlobal təhlükəsizliyi təhdid edən təxribatdır.

 

“Biz öldürücü silahların birbaşa çatdırılmasının yolverilməzliyi prinsipini saxlasaq da, Şimali Koreyanın hərbi fəallığının səviyyəsindən asılı olaraq mövqeyimizi daha çevik şəkildə nəzərdən keçirə bilərik”, - prezident vurğulayıb.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR