Paşinyan və Lukaşenko BRİCS sammiti çərçivəsində görüşdü - Nə danışıblar?
Ermənistanın Baş naziri Nikol Paşinyanla Belarus Prezidenti Aleksandr Lukaşenkonun BRİCS sammiti çərçivəsində görüşü və müzakirələri gündəm olub.
Sfera.az bildrir ki, bununla bağlı “Mülki müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan parlamentdə keçirdiyi brifinqdə danışıb. O, liderlərin nə haqqında danışdığının bilinmədiyini qeyd edib.
“Bildiyiniz kimi, BRİCS sammitində Belarus prezidenti də iştirak edirdi. Biz dünən Paşinyanla Lukaşenkonun nə danışdıqlarını bilmirik, lakin Belarusla münasibətlərdə heç nə dəyişməyib”, - o vurğulayıb.
Qeyd edək ki, Paşinyan Belarusla münasibətlərin pisləşməsindən və Ermənistan rəsmilərinin Minskə səfərinə qadağa qoyulduqdan sonra ilk dəfə olaraq Lukaşenko ilə BRİKS sammiti çərçivəsində danışıb.
Xatırladaq ki, İrəvanla Minsk arasında münasibətlər son vaxtlar xeyli soyuyub. Hətta iyun ayında iki ölkənin xarici işlər nazirlikləri arasında nota mübadiləsi də olub. Lukaşenkonun növbəti bəyanatından sonra avqustda Belarusun İrəvandakı səfirliyinin binasına pomidor və kartof atıblar.
Günay