"Qondarma taxıl dəhlizi Ukraynaya dəniz yolu ilə silahların çatdırılması ört-basdır etmək üçündür" - Rusiya

"Qondarma taxıl dəhlizi Ukraynaya dəniz yolu ilə silahların çatdırılması ört-basdır etmək üçündür" - Rusiya

"Böyük Britaniya taxıl dəhlizinin mühafizəsi gündəliyindən Qara dəniz vasitəsilə Ukrayna ordusuna tədarük üçün ört-basdır kimi istifadə edir".

 

Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Londondakı səfirliyi məlumat yayıb.

 

"Britaniya hakimiyyəti daha bir anti-Rusiya hiyləsi ilə gündəmə gəlib. Onlar iddia edirlər ki, bizim Ukrayna limanlarına və onlara daxil olan gəmilərə zərbələrimiz gücləndirilir və bu, guya, Fələstin əhalisinə ərzaq və taxıl tədarükünü gecikdirir. Ümumiyyətlə, bu məsələ ilə bağlı spekulyasiyalar, əslində, quru yük gəmiləri ilə Ukrayna hərbçilərinə silah tədarükündə iştirakını təsdiqləyir”, - Rusiya səfirliyindən bildirilib.

 

"Bunu Rusiya Müdafiə Nazirliyinin müvafiq videogörüntüləri ilə yaxşı tanış olan ingilislərin özləri də dolayısı ilə etiraf edirlər. Bunun fonunda London və onun tərəfdaşlarının ukraynalıları ekipajsız qayıqlar və radarlar ilə təmin etmək üçün daha çox xərc çəkdiyini açıqlaması yalnız bunu sübut edir ki, bu hərbi vasitələr heç də qondarma taxıl dəhlizini qorumaq üçün deyil. Bunlar Ukrayna hərbçilərinə dəniz yolu ilə silahların çatdırılmasını ört-basdır etmək və bununla da Kiyev rejiminin aqoniyasını uzatmaq üçün nəzərdə tutulub”, - səfirlik qeyd edib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR