Eks-prezidentin oğlu Rusiya vətəndaşlığını aldı - FOTO

Eks-prezidentin oğlu Rusiya vətəndaşlığını aldı - FOTO

Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin oğlu Aleksandr Rusiya vətəndaşlığını qəbul edib.

 

Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, Aleksandr Yanukoviç Rusiyada bizneslə məşğuldur.

 

O, “MAKO Holding”in sahibidir. Əsas fəaliyyəti maliyyə və sənaye qruplarının idarə edilməsidir. Aleksandr şirkətini 10 il əvvəl Rusiyada qeydiyyatdan keçirib.

 

Xatırladaq ki, Aleksandr Yanukoviç Ukraynanı atası ilə birgə 2014-cü ildə tərk edib. O, Ukrayna, Avropa İttifaqı, ABŞ, Böyük Britaniya və digər ölkələrin sanksiya siyahısındadır.

 

Vasif

 

 

 


OXŞAR XƏBƏRLƏR