"Martinikadakı etirazlar ölkə miqyaslıdır, Makron hakimiyyətinin sonu ola bilər" - ŞƏRH

"Martinikadakı etirazlar ölkə miqyaslıdır, Makron hakimiyyətinin sonu ola bilər" - ŞƏRH

Fransanın Martinika departamentində komendant saatının vaxtının uzadılması etirazlara səbəb olub. “Figaro” nəşrinin yazdığına görə, narazı kütlə departamentin mərkəzi Fort de Fransda yolları bağlayıb, barrikadalar qurub. Polis aksiyanı yatırmaq üçün güc tətbiq edib. Qarşıdurma zamanı çox sayda avtomobil, iş yeri və ticarət obyekti yandırılıb. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb, 3 etirazçı saxlanılıb. Onlardan ikisi həbs edilib. Bahalığa qarşı aksiyaların davam etdiyi Martinika departamentində komendant saatının vaxtı oktyabrın 28-dək uzadılıb.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Martinikadakı etirazlar ölkə miqyaslıdır:

 

“Yəni etirazlar təkcə Martinika ilə kifayətlənmir.  Üstəgəl, Fransanın istismarına məruz qalan ərazilərdə də rəsmi Parisə qarşı etirazlar həyata keçirilir. Bütün bunlar əslində Yelisey Sarayı üçün ciddi siqnaldır. Məsələ burasındadır ki, Fransanın mövcud hakimiyyəti özünün iddia etdiyindən fərqli olaraq demokratiyadan çox uzaqdır. Ölkədə polis zorakılığı ara vermir. Dini ayrı- seçkilik, o cümlədən islamafobiya meyilləri də səngimir.  Ölkədə prezident Emmanuel Makronun reytinqi getdikcə azalır. Bu, mövcud iqtidarın daxili və xarici siyasətindəki uğursuzluğunun təzahürüdür”.

 

Şərhçi qeyd etdi ki, rəsmi Paris baş verənlərdən dərs çıxarmalıdır:

 

“Əks halda, Makron hakimiyyətinin nüfuzu getdikcə daha da azalacaq. Bu isə onun vaxtından əvvəl hakimiyyətlə sağollaşması ilə nəticələnə bilər.  Ümumiyyətlə, Fransanın hazırkı siyasi kursu, yəni hegemonluq cəhdi müasir beynəlxalq münasibətlər sistemində qəbuledilməzdir. Nəzərə almaq lazımdır ki, Fransa bəzən hətta özünün müdafiə etdiyi beynəlxalq hüquqa da qarşı çıxır. Bu isə rəsmi Parisə heç bir halda baş ucalığı gətirməz.  Belə davam edərsə, aksiyalar daha da güclənə bilər. Sözügedən vəziyyət Fransa hakimiyyəti üçün yaxşı nə isə vəd etmir”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

Hərbi helikopterlərimiz havaya qalxdı – FOTO/VİDEO

2025-ci ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib.   Müdafiə Nazirliyin...

“Veysəloğlu” əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi

“Veysəloğlu” MMC insan resurslarının strateji inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində, məhz mütəxəssis heyətinə yönəlmiş &ldq...

AMB vəzifəli şəxsi cərimələdi

Azərbaycan Mərkəzi Bankı (AMB) Premium Bank ASC-ni və onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.   Sfera.az bu barədə AMB-yə istinadən xəb...

Bu nazirlik və komitələrin birləşdirilməsi GÖZLƏNİLİR

Azərbaycanda yerli icra hakimiyyətlərində genişmiqyaslı struktur islahatlarının aparılması məsələsi gündəmdədir. Belə ki, müasir idarəetmə tələblərinə cavab ver...

"Oleq Bakinski"yə hökm oxunub

Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən ukraynalı milyonçu, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivin və Konst...

Qusman işdən çıxarılması ilə bağlı suala belə reaksiya verdi

TASS İnformasiya Agentliyindən ayrılmağımla bağlı indi geniş danışmaq istəmirəm. Bir həftəyə məsələ ilə əlaqədar ictimaiyyətə geniş açıqlama verəcəyəm.  ...