Logo

Prezident German Qref ilə görüşdü - FOTO

Prezident German Qref ilə görüşdü - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

16:03

Azərbaycan Prezidenti İlham Əliyevin Kazanda Rusiya Federasiyasının “Sberbank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri German Qref ilə görüşü olub.

Sfera.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

***

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 23-də Kazanda Rusiya Federasiyasının “Sberbank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri German Qref ilə görüşü olub.

Sfera.az xəbər verir ki, German Qref rəhbərlik etdiyi bankın həyata keçirdiyi işlər, o cümlədən bankın maliyyə sektoru ilə yanaşı, rəqəmsallaşma həlləri vasitəsilə səhiyyə, sosial, təhsil və digər sahələrlə bağlı fəaliyyəti barədə dövlət başçısına ətraflı məlumat verib. O, Azərbaycanın sürətli iqtisadi yüksəlişini və sosial inkişaf meyillərini xüsusi qeyd edib.

Görüşdə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Prezident German Qref ilə görüşdü - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR