Tanınmış azərbaycanlı diplomat Avropa şirkətində yüksək vəzifəyə TƏYİN OLUNDU

Tanınmış azərbaycanlı diplomat Avropa şirkətində yüksək vəzifəyə TƏYİN OLUNDU

Çexiyanın silah şirkəti “AKM Group-CZ” Ukraynada öz nümayəndəliyini açıb.



Sfera.az xəbər verir ki, həmyerlimiz Azər Xudiyev yeni yaradılan nümayəndəliyin rəhbəri təyin edilib.



“AKM Group-CZ” tanınmış qlobal istehsalçılarla hərbi və ikili təyinatlı malların satışı üzrə xüsusi müqavilələr imzalayıb. Şirkət zenit artilleriyası, atıcı silahlar, zirehli texnika, döyüş sursatları da daxil olmaqla 110-dan çox məhsulun satışı ilə məşğuldur. “AKM Group-CZ” 27 ölkə ilə əməkdaşlıq təcrübəsinə malikdir. Şirkətlə Ukrayna arasında əməkdaşlıq çərçivəsində zenit raketləri, iriçaplı pulemyotlar, pilotsuz uçuş aparatları və s. daxil olmaqla, yeni silah və sursat növlərinin sınaqdan keçirilməsi istiqamətində birgə zavodların yaradılması nəzərdə tutulur.



Azər Xudiyev “AKM Group-CZ”nin Ukraynada nümayəndəliyinin açılması ilə bağlı mətbuata verdiyi açıqlamada bildirib ki, hazırda nümayəndəliyin əsas missiyası Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsidir:


“Çünki biz ölkənin bütövlüyünü, müstəqilliyini və təhlükəsizliyini qorumağın nə qədər vacib olduğunu başa düşürük. Biz komandamızın təcrübəsi və səyləri ilə Ukrayna Müdafiə Qüvvələrinin döyüş meydanında daha güclü və daha effektiv olmasına kömək etmək istəyirik”.


Qeyd edək ki, Azər Xudiyev uzun müddət Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. O, Ukrayna Maliyyə nazirinin müşaviri və Ukrayna Maliyyə Nazirliyi yanında Maliyyə İdarəetmə Akademiyasının vitse-prezidenti olub.(Bizim.Media)


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...