Logo

"Yəqin ki, Putin Əliyev və Paşinyanla Zəngəzur dəhlizi mövzusunu müzakirə edib" - Peskov

"Yəqin ki, Putin Əliyev və Paşinyanla Zəngəzur dəhlizi mövzusunu müzakirə edib" - Peskov
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistandan olan həmkarları İlham Əliyev və Nikol Paşinyanla danışıqları zamanı yəqin ki, Zəngəzur dəhlizi mövzusuna toxunulub.

Sfera.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Putin onların hər biri ilə ayrı-ayrılıqda təkbətək danışıb. Üstəlik, prezident yəqin ki, hər biri ilə yarım saat oturub, buna görə də yəqin ki, fikir mübadiləsi aparılıb. Zəngəzur dəhlizi mövzusuna da toxunulub”, – mətbuat katibi qeyd edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR