Rusiya mətbuatında "Turan ideyası" QORXUSU: "Çıxarılan nəticə yanlışdır..." - ŞƏRH

Rusiya mətbuatında "Turan ideyası" QORXUSU: "Çıxarılan nəticə yanlışdır..." - ŞƏRH

Oktyabrın 9-10-da Qırğızıstanın paytaxtı Bişkekdə türk dövlətlərinin süni intellekt üzrə ilk sammiti keçiriləcək.

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən politoloq Elxan Şahinoğlu deyib ki, bu, türk dövlətlərinin ortaq əlifbasının qəbulu qərarından sonra inteqrasiya yolunda atılan digər addımlardan biridir:

 

“Sammitin təşəbbüskarı Qırğızıstan Prezidenti Sadır Japarovdur. Sammitdə türk dövlətlərinin bu sahədə aparıcı ekspertləri bir araya gələcək, süni intellekt sahəsində ən son nailiyyətlərin müzakirəsi, təcrübə mübadiləsi olacaq, bu sahədə ortaq strategiyanın konturları müəyyənləşəcək. Toplantının məqsədləri kimi türk dünyasında süni intellektin inkişaf strategiyalarının hazırlanması, innovasiya və texnoloji tərəqqinin təşviqi, elmi-texniki əməkdaşlığın gücləndirilməsi, startaplara investisiyaların cəlb edilməsi göstərilib. Ankarada isə sentyabr ayında keçirilən toplantıda Türk dünyasının vahid xəritəsinin yaradılması barədə qərar qəbul edilib. Beləliklə, türk dövlətləri bütün sahələrdə əməkdaşlığı genişləndirməyə çalışırlar”.

 

Ekspert qeyd edib ki, türk dövlətlərinin inteqrasiyası heç bir dövlətə qarşı yönəlməyib:

 

“Buna baxmayaraq, Rusiya mətbuatında bu inteqrasiya əleyhinə yazılar yayımlanır. Türk xalqlarının qədim vətəninin Altay olduğu bildirilərək türk dünyasının gələcəkdə Rusiya ərazisinə iddiası olacağına eyham vurulub. Məqalələrdə türk dünyasının inteqrasiyasının arxasında Türkiyə-Böyük Britaniya cütlüyü göstərilib. Guya, bu cütlük Rusiyanın nə vaxtsa zəifləməsindən istifadə edərək bölgədə Turan ideyasını reallaşdıracaq. Rusiya mətbuatında türk dünyasının vahid xəritəsi ilə bağlı toplantıda üzv ölkələrin hərbi attaşelərin iştirakından yanlış nəticə çıxarılıb. Guya, vahid xəritə vasitəsilə bölgənin yolları, infrastukturları, hərbi məntəqələri, körpüləri və hava limanlarının dəqiq koordinatları müəyyənləşdirilərək hərbi planlaşmaya dəstək mahiyyəti daşıyacaq. Türkiyə ilə Mərkəzi Asiya ölkələri ilə arasında artan hərbi əməkdaşlıq da Rusiya üçün təhlükə kimi qiymətləndirilib”.

 

E.Şahinoğlunun sözlərinə görə, Rusiyanın Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hər biri ilə tərəfdaşlıq münasibətləri mövcuddur:

 

“Lakin Rusiyadakı bəzi dairələr türk dövlətləri arasındakı inteqrasiyanı özü üçün təhlükə kimi qiymətləndirməkdə davam edir. Rusiya türk dünyasından çəkinməkdənsə, Ukrayna müharibəsini necə bitirəcəyi, o cümlədən ABŞ və Fransa hərbçilərinin Ermənistanda yerləşdirilməsinin qarşısının necə alacağı barədə düşünməlidir”.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR

Rusiya hərbçiləri Ermənistanı tərk edəcəklər

Rusiya sərhədçiləri 2025-ci il yanvarın 1-dən Ermənistanın İranla sərhədinin mühafizəsini dayandıracaq.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan...

2 yaşlı Nəzrinin ölümü ilə bağlı cinayət işi açıldı

2022-ci il təvəllüdlü Qubadlı Nəzrin Emin qızının xalq təbabətilə məşğul olan şəxs tərəfindən sümüklərinin manipulyasiyası zamanı ölməsi faktı ilə bağlı rayon p...

Prezident MDB liderlərinin geniş tərkibdə iclasında

Moskvada MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir.   Sfera.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə ...

Lavrov Rusiyanın müharibəni bitirmək müqabilində tələbini açıqladı

"Rusiya Ukraynada müharibəni bitirməyə hazırdır, əvəzində ölkəyə tətbiq edilən bütün sanksiyaların ləğv edilməsini istəyir".   Sfera.az-ın ...

COP29-a hazırlıqla bağlı fikir mübadiləsi aparıldı

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) Baş direktoru Zehra Zümrüt Selçuk ek...

"Yaxın Şərqdə baş verənlərdə Qərb dövlətlərinin də əli var" - Ərdoğan

Yaxın Şərqdə baş verənlərdə Qərb dövlətlərinin də əli var.   Sfera.az  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. &n...