Fransız siyasətçi NATO-nu TƏNQİD ETDİ: "Bu, dəlilikdir!"

Fransız siyasətçi NATO-nu TƏNQİD ETDİ: "Bu, dəlilikdir!"

Fransa NATO-nun Rusiya ilə döyüşmək planlarından ehtiyat edir.

 

Sfera.az bildirir ki, bunu Fransanın “Vətənpərvərlər Partiyası”nın lideri Florian Filippot deyib. O, bu barədə sosial şəbəkə hesabında qeyd edib.

 

Flippot alyansın əlavə döyüş briqadaları yaratma ehtimalını tənqid edib və fransızları hərəkətə keçməyə çağırıb:

 

"Bu, dəlilikdir! Almaniyanın "Die Welt" qəzeti NATO-nun Rusiyaya qarşı əlavə 49 briqada və ya təxminən 245.000 əsgərin cəlb edilməsini nəzərdə tutan planlarını dərc edir. Bu cür hərəkətlər alyansın yeni Baş katibi Mark Rutte üçün prioritetdir”.

 

Partiya sədri Rutteni “hollandiyalı döyüşçü” adlandırıb. 

 

Qeyd edək ki, “Die Welt” qəzetinin yazdığına görə, NATO 49 yeni döyüş briqadası yaratmaqla öz döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırmağı və bununla da briqadaların ümumi sayını 131-ə çatdırmağı planlaşdırır.

 

Günay 


OXŞAR XƏBƏRLƏR