"Sülh sazişi COP29 tədbirinə kimi yox, yalnız bu zaman bağlana bilər" - Politoloq

"Sülh sazişi COP29 tədbirinə kimi yox, yalnız bu zaman bağlana bilər" - Politoloq

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak məqsədilə Rusiyada səfərdədirlər. Digər tərəfdən, Rusiyada hər iki nazir arasında görüşün nəzərdə tutulmadığı açıqlanıb.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə ehtiyac yoxdur: 

 

“Rusiyanın vasitəçiliyi ilə danışıqlar prosesinə də ehtiyac yoxdur. Tərəflər əlavə vasitəçiyə ehtiyac olmadan ikitərəfli gündəliyi müzakirə edir. Hazırda danışıqlarda müəyyən durğunluq var. Ermənistan tərəfi razılaşdırılmış 13 bənd üzrə “aralıq” sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Bu xüsusda Vaşinqton İrəvanın mövqeyini dəstəkləyir. Azərbaycan üçün isə ən məqbul variant yekun sülh müqaviləsinin bağlanmasıdır”.

 

Politoloq bildirdi ki, COP29 tədbirinə kimi tərəflər arasında sülh sazişinin bağlanması gözlənilmir: 

 

“Ermənistan rəhbərliyi bütün bəndləri qəbul etdikdən sonra yekun sülh müqaviləsi bağlanacaq. Son günlərdə isə guya, Azərbaycanın Ermənistana əlavə şərtlərlə çıxış etməsi, xüsusilə birinci Qarabağ müharibəsində iştirak edənlərlə bağlı tələblər irəli sürməsi revanşistlərin Paşinyana təzyiq vasitəsidir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR