"ABŞ Konqresinin düşmənçilik mövqeyi işğalçı və revanşist siyasətə yeni imkanlar yaradır" - Günay Ağamalı

"ABŞ Konqresinin düşmənçilik mövqeyi işğalçı və revanşist siyasətə yeni imkanlar yaradır" - Günay Ağamalı

"Bir neçə gün öncə Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərlə görüşdə çıxış edən Prezident İlham Əliyev Amerika Konqresinin 60 ermənipərəst üzvünün Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün hökumətə ünvanladığı qərəzli və sərsəm məktubuna kəskin münasibətini bildirdi".

 

Sfera.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib.

 

O bildirib ki, Dövlət rəhbərimiz konkret faktlar əsasında sözügedən məktubu rəsmi Vaşinqtonun ölkəmizə yönələn növbəti ikiüzlü və düşmənçilik mövqeyi kimi qiymətləndirdi:

 

"44 günlük Vətən müharibəsindən sonra regionda təsir imkanları məhdudlaşan bəzi Qərb dövlətləri, xüsusilə ABŞ və Fransa bölgədə yenidən fəallaşmaq niyyətindədirlər. Lakin Azərbaycanın regionda yaratdığı yeni geopolitik reallıqlar fonunda bunun mümkün olmadığını görən ABŞ və onun bəzi Qərb müttəfiqləri öz məqsədlərinə çatmaq üçün çirkin əməllərə əl atmaqdan belə çəkinmirlər. Azərbaycan hər zaman olduğu kimi, indi də qlobal çağırışlara cavab vermək, regional sabitliyi təmin etmək məqsədilə fəal və konstruktiv əməkdaşlıq konsepsiyasını irəli sürür. Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfələr, xüsusilə qlobal iqlim dəyişikliyi istiqamətində səmərəli fəaliyyəti onun dünyada etibarlı tərəfdaş olduğunun göstəricisidir. Təəssüf ki, son illər ABŞ-nin Azərbaycana qarşı qərəzli münasibəti normal əməkdaşlığımıza kölgə salır. Etiraf olunmalıdır ki, ABŞ Konqresinin düşmənçilik mövqeyi Ermənistanın işğalçı və revanşist siyasətinə yeni imkanlar yaradır", - millət vəkili qeyd edib.

 

Günay Ağamalı vurğulayıb ki, rəsmi Vaşinqton COP29 kimi mötəbər beynəlxalq tədbirə ev sahibliyi edən Azərbaycanın rolunu düzgün qiymətləndirmir və beynəxalq səviyyədə ölkəmizə qarayaxma kompaniyasını davam etdirir:

 

"Haqlı olaraq Vaşinqtonun destruktiv və ədalətsiz mövqeyinə Azərbaycan Respublikasının Milli Məclisi səviyyəsində kəskin qiymət verildi. Bir qrup deputatın imzası ilə ölkəmizin üzləşdiyi ikili standartları ifşa edən sərt münasibətdən ABŞ-nin rəsmi dairələri nəticə çıxarmalıdırlar. Ağ Ev adminstrasiyası anlamalıdır ki, sülh və əməkdaşlıq üçün konstruktiv dialoq əsasında qurulan münasibətlər ədalətli və hər iki dövlətin maraqlarına uyğun olardı".


OXŞAR XƏBƏRLƏR

Hindistan Pakistana hücum etdi

Hindistan Pakistana hücum edib.   Sfera.az xəbər verir ki, Bahvalpur, Kotli və Müzəffərabad şəhərlərinə raket zərbələri endirilib.   Bir s...

Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR

Bakı şəhərinin mənzil bazarında son 3 ildə qiymətlərin 2 dəfə, hətta daha çox artdığı deyilir. Bildirilir ki, 2022-ci ilin mart-aprel ayında paytaxtın mərkəzi r...

Bu ərazilərdə bir neçə saat işıq olmayacaq

Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq hava xəttinin yeni Özünüdaşıyan İzolyasiyalı Naqillə (ÖİN) əvəz olunmasına görə m...

İstanbulda reyd zamanı 1005 nəfər saxlanıldı

İstanbulda son iki gündə polis tərəfindən ümumi reyd keçirilib.   Sfera.az xəbər verir ki, reyd zamanı ümumilikdə 329 min 409 şəxs haqqında qısa araş...

İsrail Qəzzada HƏMAS-ın komanda-idarəetmə mərkəzinə zərbə endirib

İsrail Ordusu Qəzza zolağının mərkəzində HƏMAS radikal hərəkatının komanda-nəzarət mərkəzinə zərbə endirib.   Sfera.az xəbər verir ki, bu barədə İsra...

Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel suları basdı

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.   Sfera.az "Report"a istinadla xəbər verir ki, hazırda rayonda yağan güclü yağ...