Əli Nağıyev MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin görüşündə İŞTİRAK ETDİ

Əli Nağıyev MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin görüşündə İŞTİRAK ETDİ

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib.

 

Sfera.az xəbər verir ki, oktyabrın 4-də Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində MDB-yə üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 55-ci iclası keçirilib. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev tədbirdə iştirak edib.

 

Öncə nümayəndə heyətlərinin rəhbərləri Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev tərəfindən qəbul ediliblər. Daha sonra Şuranın iclası öz işinə başlayıb.

 

İclas çərçivəsində MDB ölkələrinin təhlükəsizliyinin məruz qaldığı xarici təsirlər, təşkilata üzv dövlətlərin üzləşdikləri təhdidlər, xüsusən də beynəlxalq terrorçuluğa və dini ekstremizmə qarşı aparılan birgə mübarizənin səmərəliliyinin artırılması barədə çıxışlar edilmiş və ətraflı fikir mübadiləsi aparılıb. Bildirilib ki, MDB məkanında yerləşən respublikaların təhlükəsizliyinə yönələn müasir çağırışlar, regionda sabitliyin pozulmasını qarşılarına məqsəd kimi qoymuş və bölgədə ümumi vəziyyətin gərgin saxlanılmasında maraqlı olan bəzi xarici dairələrinin kəşfiyyat-pozuculuq əməlləri ilə müşayiət edilən destruktiv fəaliyyət Birlik dövlətlərinin xüsusi xidmət orqanlarının daim ayıq-sayıq olmasını, səyləri birləşdirərək koordinasiyalı şəkildə işləməsini, əməkdaşlığın davamlı gücləndirilməsini, qazanılmış təcrübənin və əldə olunan əməliyyat məlumatlarının tərəfdaş qurumlar arasında mütəmadi bölüşülməsini zəruri edir.

 

Həmçinin qeyd olunub ki, təhlükəsizliyin təminatını ciddi risk altına alan transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, qeyri-qanuni miqrasiya kimi məsələlərin son zamanlar özünü daha qabarıq göstərməsi MDB ölkələrinin xüsusi xidmət orqanlarının bu hallara qarşı getdikcə daha kəsərli addımlar atmalı olduğunu şərtləndirir.

 

Tədbirin gedişatında mənfi təzahürlərlə mübarizədə təhlükəsizlik təşkilatlarının qarşısında duran mühüm vəzifələr və gələcəkdə həyata keçirilməsi vacib olan tədbirlərə dair geniş müzakirələr aparılıb.


OXŞAR XƏBƏRLƏR

Avtomobil velosipedçini vurdu - Ölən var

Portuqaliyada avtomobil velosipedçini vurub.   Sfera.az xəbər verir ki, hadisə paytaxt Lissabonda baş verib.   Yüksək sürətlə hərəkət edən...

Azərbaycanın inkişaf salnaməsinə 2024-cü ildə yazılan uğur səhifələri

Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq nüfuzunun artması, xalqımız qarşısındakı xidmətləri, qlobal səyləri, yenilməz iradəsi, qətiyyəti və digər yüksək...

Yaradıcı, inamlı, xarizmatik... - Ən uğurlu 5 BÜRC

Astrologiyanın ən uğurlu bürcləri məlum olub.   Sfera.az bu dəfə həmin məlumatı təqdim edir.   Oğlaq - İntizamlı, iddialı və qətiyyətli xa...

Türkiyədə qar uçqunu oldu - 5 nəfər yaralandı

Türkiyənin Ərzurum vilayətindəki Palandökən dağ-xizək kurortunda dekabrın 21-də baş verən qar uçqunu nəticəsində beş nəfər xəsarət alıb.   Sfera.az x...

Şoltsdan Polşa prezidentinə KƏSKİN ETİRAZ: "Siz bunu başa düşmürsünüz"

Avropa İttifaqı liderlərinin Brüsseldə keçirilən görüşündə Almaniya kansleri Olaf Şoltsla Polşa prezidenti Anjey Duda arasında mübahisə yaranıb.   S...

Əsaad Həsən əl-Şibani Suriyanın xarici işlər naziri təyin edildi

Suriyanın yeni hakimiyyəti Əsaad Həsən əl-Şibanini xarici işlər naziri təyin edib.   Sfera.az xəbər verir ki, bu barədə Suriyada hakimiyyətə gələn mü...