Bayden "olmaz" dedi, Tramp razılaşdı: "İsrail İranın nüvə obyektlərini vurmalıdır"

Bayden "olmaz" dedi, Tramp razılaşdı: "İsrail İranın nüvə obyektlərini vurmalıdır"

"İsrail İranın nüvə obyektlərini vurmalıdır".

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Şimali Karolina ştatında seçicilərlə görüşündə deyib.

 

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden daha əvvəl bəyan etmişdi ki, o, İsrailin İrandakı nüvə obyektlərinə zərbə endirməsini məqsədəuyğun hesab etmir. 

 

Tramp bu fikirlə razılaşmadığını bildirib:

 

“Düşünürəm ki, o [Bayden] səhv edir. Bu, elə vuracağınız hədəf deyilmi? O deməli idi ki, əvvəlcə nüvə obyektlərini vurun və sonra qalan şeylər üçün narahat olun”.

 

Qeyd edək ki, Amerikanın “The New Yorker” jurnalı İsrail Hərbi Hava Qüvvələrinin ABŞ-nin köməyi olmadan İranın nüvə infrastrukturunu məhv edə bilməyəcəyini yazıb. Bu, Tehranın cənubunda yerləşən Fordoda yeraltı uranın zənginləşdirilməsi obyektinə aiddir. Jurnalistlərin fikrincə, bu obyekt ancaq Amerika Hərbi Hava Qüvvələri tərəfindən məhv edilə bilər.


Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Zəngilanda bütün elektrik xətləri yeraltı çəkiləcək

Zəngilan şəhərində elektrik verilişi xətlərinin hamısı yeraltı çəkiləcək.   Sfera.az xəbər verir ki, bunu "Azərişıq" ASC-nin Qarabağ Region...

Bu tarixədək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ!

Oktyabrın 5-i Bakı vaxtı ilə saat 13:00-dan sonra Yer kürəsində maqnit qasırğaları başlayıb.   Sfera.az xarici KİV-ə istinadla bildirir ki, qasırğa ə...

Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı

Xəzər rayonu Binə qəsəbəsində yerləşən evlərin birindən pul və qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.   DİN-in mətbuat...

Naxçıvanda özünü yandıran qadın ÖLDÜ

Naxçıvanda özünü yandıran 62 yaşlı qadın ölüb.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsi, ev 42 ünvanında qeydə alınıb. Bir müddə...

Kənan MM təcili xəstəxanaya YERLƏŞDİRİLDİ

Rejissor, ssenarist və aktyor Kənan Mahmudovun başına iş gəlib.   Sfera.az olay-a istinadən bildirir ki, buna səbəb sənətçinin ehtiyatsızlıq nəticəsi...

Əli Nağıyev MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin görüşündə İŞTİRAK ETDİ

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib.   Sfera.az xəbər verir ki, oktyabrın 4-də Qazaxıstan Respublik...