Azərbaycanda rəhbər vəzifədə çalışan qadınların sayı AZALIB - STATİSTİKA

Azərbaycanda rəhbər vəzifədə çalışan qadınların sayı AZALIB - STATİSTİKA

Azərbaycanda 2024-cü ilin əvvəlində 81 qadın rəhbər vəzifədə çalışıb. 


Sfera.az xəbər verir ki, əvvəlki illərlə müqayisədə rəhbər vəzifə tutan qadınların sayında azalma müşahidə edilib. 


Rəhbər vəzifədə çalışan qadınların sayı 2023-cü ilin əvvəlində 86 nəfər, 2020-ci ilin əvvəlində 94 nəfər olub. 


Rəhbər vəzifədə çalışan qadınların sayının azalması daha çox yerli icra hakimiyyəti başçısının qadın müavinlərin sayının azalması ilə bağlıdır. 2024-cü ilin əvvəlində icra başçısının müavini vəzifəsində 67 qadın işləyib. Bu say 2023-cü ilin əvvəlində 68, 2020-ci ilin əvvəlində 76 idi. 


2024-cü ilin əvvəlinə qədər Azərbaycanda bir qadın nazir (Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri) olub. Lakin 2022-cü ildə onun vəzifədən azad edilməsindən sonra qadın nazirlərin sayı sıfıra enib.


2024-cü ilin əvvəlinə qədər ölkəmizdə yerli icra hakimiyyətinin başçısı vəzifəsində də çalışan qadın (Abşeron Rayon İcra Hakimiyyətinin başçısı) olub. Amma 2022-ci ildə onun vəzifədən azad edilməsindən sonra rayon və ya şəhər icra başçısı vəzifəsində çalışan qadın sayı sıfıra enib. 


2024-cü ilin əvvəlinə aid olan məlumata görə, Azərbaycanda 6 qadın nazir müavini, 2 qadın komitə sədri, 3 qadın komitə sədrinin müavini, 2 qadın ombudsman (biri Naxçıvan Muxtar Respublikasının ombudsmanıdır) vəzifəsində çalışır. 


Vasif
    
 


OXŞAR XƏBƏRLƏR

Qüdrət Həsənquliyev: “İran bununla özünün məhvinə fərman vermiş olar” - MÜSAHİBƏ

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.   Sfera....

Cüdoçumuz finala vəsiqə qazandı

Azərbaycan cüdoçusu Kənan Nəsibov Tacikistanın paytaxtı Düşənbə şəhərində gənclər arasında keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.   Sfe...

Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllimləri təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan ...

Murad Dadaşov uzun müddətdən sonra həyat yoldaşı ilə tədbirdə - FOTO

Xəzər Media Mərkəzinin Baş direktoru, Xalq artisti Murad Dadaşovun həyat yoldaşı Aytən xanımla fotosu yayılıb.    Sfera.az axşam.az-a istinadən ...

İstanbulda həyat bahalaşır - Bir ailənin yaşaması üçün nə qədər pul lazımdır?

İstanbul Planlaşdırma Agentliyinin məlumatlarına görə, Türkiyənin ən böyük şəhəri olan İstanbulda sentyabrda dörd nəfərlik bir ailənin orta yaşayış xərcləri bir...

İlham Əliyev deputatı təltif etdi - FOTO

Sabir Kamal oğlu Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib.   Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam...