"Qələbəmizin beynəlxalq əhəmiyyəti bundan sonra ancaq artacaq" - Dövlət başçısı

"Qələbəmizin beynəlxalq əhəmiyyəti bundan sonra ancaq artacaq" - Dövlət başçısı

Bizim Qələbəmiz, əlbəttə ki, xalqımız üçün, dövlətimiz üçün ən böyük nemətdir, hesab edirəm ki, Azərbaycan xalqının çoxəsrlik tarixində ən parlaq hərbi Qələbədir.

 

Sfera.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışından sonra şəhər sakinləri ilə söhbətində deyib.

 

“Eyni zamanda, bu Qələbə onu göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür. Xalqda birlik olanda, güclü iradə olanda, mənəvi ruh yüksək səviyyədə olanda, sən öz köklərinə bağlı olanda və milli dəyərlərə dəyər verəndə hər şeyə qadir ola bilərsən. Bizim xalqımız bu tarixi nailiyyəti əldə etməklə, eyni zamanda, bir çox başqa yerlərdə əzab-əziyyət içində yaşayanlara da yol göstərdi ki, bunu etmək mümkündür. Ona görə bizim Qələbəmizin beynəlxalq əhəmiyyəti bundan sonra ancaq artacaq”, - dövlət başçısı deyib.

 

O qeyd edib ki, Azərbaycanın hərbi əməliyyatları bu gün dünyanın aparıcı hərbi məktəblərində öyrənirlər:

 

“Dəfələrlə söhbətlər əsnasında, yəni, hərbi işlərdən başı çıxan insanlarla görüşlər əsnasında, - mən xarici nümayəndələri nəzərdə tuturam, - Şuşa əməliyyatı, Hadrut əməliyyatı, digər əməliyyatlar, o cümlədən Cəbrayıl əməliyyatı, 5-6-7 müdafiə xəttinin, minalanmış və istehkamlarla təmin edilmiş o müdafiə xətlərinin hərbçilərimiz tərəfindən aşılması onlarda böyük təəccüb doğurur. İlk növbədə, əməliyyatların planlaşdırılması, əməliyyatların aparılması və eyni zamanda, sinəsini qabağa verib, gülləyə verib müdafiə xətlərini yaran bizim döyüşçülərimizin qəhrəmanlığı onlarda təəccüb doğurur. Mən bunu dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, bizi Qələbəyə aparan bizim milli ruhumuz olub”.


OXŞAR XƏBƏRLƏR

Qadının adi kresloda fotosu viral oldu : Səbəb gülməlidir

Qadın restoranda olarkən kameralara tuş gəlib. İlk baxışda bu, adi bir şəkil kimi görünür. Lakin fotoda görünən optik illüziya effekti internet istifadəçilərini...

İstanbulda güclü partlayış: bina uçdu - FOTO

İstanbulun Beyoğlu rayonunda binalardan birində partlayış baş verib.   Sfera.az xəbər verir ki, partlayış iki mərtəbəli binanın uçmasına səbəb olub. ...

Təyyarədə çaxnaşma: Sadəcə bir əşya təyyarənin yanğına səbəb oldu - FOTO

Sidneydən Hobarta gedən VA1528 saylı Virgin Australia reysi ilə uçan sərnişinlər eniş zamanı əsl şok yaşayıblar.    Sfera.az bildirir ki, &ldquo...

Şəmkirdə boğazına yelləncək ipi dolanan yeniyetmə öldü

Şəmkirdə 15 yaşlı qız ehtiyatsızlıqdan ölüb.   Sfera.az xəbər verir ki, hadisə rayonun Könüllü kəndində baş verib.   Belə ki, 2010-cu il t...

Emin Ağalarov "Dream Fest"ə ailəsi ilə birlikdə qatıldı - VİDEO

Xalq artisti Emin Ağalarov Bakıda keçirilən "Dream Fest" beynəlxalq musiqi festivalına ailəsi ilə birlikdə qatılıb.   Sfera.az xəbər v...

Bank of Baku-dan maliyyə savadlılığına töhfə

Bank of Baku rəqəmsal ödənişlər sahəsində maarifləndirmə tədbirlərini, eləcə də mümkün fırıldaqçılıq hallarına qarşı ehtiyatlı olmaqla bağlı çağırışlarını davam...