"Sülh müqaviləsi Ermənistanı xarici qüvvələrin diktəsindən çıxartmağın yeganə yoludur" - Günay Ağamalı

"Sülh müqaviləsi Ermənistanı xarici qüvvələrin diktəsindən çıxartmağın yeganə yoludur" - Günay Ağamalı

  "Qlobal təhlükəsizlik böhranın genişləndiyi bir dövrdə Ermənistanın revanşist meyllər fonunda silahlanması və silahlandırılması regional istiqrara təhdidir".

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib:

"Məğlub tərəf olaraq 10 Noyabr bəyanatı və ondan sonra inkişaf edən siyasi proseslər çərçivəsində üzərinə götürdüyü öhtəliklərin icrasından imtina edən rəsmi İrəvan, sülh danışıqlarında vaxt uzatmağa hesablanmış gedişlər edir. Hal hazırda rəsmi Bakı Ermənistanla münasibətləri normallaşdırmağa çalışsa da, sərhəd mübahisələri, siyasi, iqtisadi və etnik məsələlər hələ də tərəflər arasında gərginlik predimenti olaraq qalmaqdadır.

 

Bununla yanaşı, İkinci Qarabağ Müharibəsindən sonra ölkə sərhədlərini üçüncü qüvvələrə açan Nikol Paşinyan hökuməti, həmin güclərin diktəsinə əsasən müstəqil qərarlar qəbul etməkdə çətinlik çəkir. Qardaş Türkiyə Cumhuriyyəti və Rusiyanın qarşısında Afrikada ciddi nüfuz itirən Fransa, itirilmiş imicini bərpa etmək üçün Ermənistan üzərindən Cənubi Qafqazda yeni bir cəbhə açmaq istəyir. Lakin özünün imperialist və neokolonialist siyasətini regiona gətirmək istəyən Fransanın çirkin niyyətinin qarşısı ölkə rəhbərimiz cənab İlham Əliyev tərəfindən qətiyyətlə alınır. Cənab Prezidentin Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda rəsmi Parisin destruktiv və neokolonialist siyasətini ifşa etməsi Fransanı nüfuzdan salır. Buna görə də, Makron administrasiyası Azərbaycana qarşı münasibətdə Ermənistandan plasdarm kimi istifadə edir. Hər zaman himayəçi bir gücün varlığına möhtac olan İrəvan isə müqqədaratını Parisin və Qərbin ixtiyarına verir. Ancaq onlar başa düşmür ki, Azərbaycanın irəli sürdüyü tələblər fonunda ölkəmizlə sülh müqaviləsi imzalamaq Ermənistanı blokadadan və xarici qüvvələrin diktəsindən çıxartmağın yeganə yoludur"- Millət vəkili bildirib.


OXŞAR XƏBƏRLƏR

Qadının adi kresloda fotosu viral oldu : Səbəb gülməlidir

Qadın restoranda olarkən kameralara tuş gəlib. İlk baxışda bu, adi bir şəkil kimi görünür. Lakin fotoda görünən optik illüziya effekti internet istifadəçilərini...

İstanbulda güclü partlayış: bina uçdu - FOTO

İstanbulun Beyoğlu rayonunda binalardan birində partlayış baş verib.   Sfera.az xəbər verir ki, partlayış iki mərtəbəli binanın uçmasına səbəb olub. ...

Təyyarədə çaxnaşma: Sadəcə bir əşya təyyarənin yanğına səbəb oldu - FOTO

Sidneydən Hobarta gedən VA1528 saylı Virgin Australia reysi ilə uçan sərnişinlər eniş zamanı əsl şok yaşayıblar.    Sfera.az bildirir ki, &ldquo...

Şəmkirdə boğazına yelləncək ipi dolanan yeniyetmə öldü

Şəmkirdə 15 yaşlı qız ehtiyatsızlıqdan ölüb.   Sfera.az xəbər verir ki, hadisə rayonun Könüllü kəndində baş verib.   Belə ki, 2010-cu il t...

Emin Ağalarov "Dream Fest"ə ailəsi ilə birlikdə qatıldı - VİDEO

Xalq artisti Emin Ağalarov Bakıda keçirilən "Dream Fest" beynəlxalq musiqi festivalına ailəsi ilə birlikdə qatılıb.   Sfera.az xəbər v...

Bank of Baku-dan maliyyə savadlılığına töhfə

Bank of Baku rəqəmsal ödənişlər sahəsində maarifləndirmə tədbirlərini, eləcə də mümkün fırıldaqçılıq hallarına qarşı ehtiyatlı olmaqla bağlı çağırışlarını davam...