Prezident Cəbrayılın Soltanlı kəndində bu müəssisənin təməlini qoydu - YENİLƏNDİ

Prezident Cəbrayılın Soltanlı kəndində bu müəssisənin təməlini qoydu - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Cəbrayıl rayonunda “Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin təməlini qoyub.

 

Sfera.az xəbər verir ki, “Hicaz” MMC-nin təsisçisi Səfər Sadıqov dövlətimizin başçısına müəssisə haqqında məlumat verdi.

 

Bildirildi ki, müəssisə 3 sahədən - damazlıq yumurta, inkubator və yem fabriklərindən ibarət olacaq.

 

Birinci mərhələdə 30 hektar ərazidə hər biri 1600 kvadratmetr olmaqla 24 damazlıq yumurta istehsalı sahəsi tikiləcək. Burada illik 24 milyon ədəd damazlıq yumurta istehsal ediləcək.

 

Bununla yanaşı, 2 hektar ərazidə saatda 40 ton istehsal gücünə malik yem fabriki və inzibati bina inşa olunacaq. Həmçinin 2 hektar ərazidə yerləşən soyuducu anbar və illik 24 milyon ədəd yumurta tutumuna malik inkubasiya fabriki fəaliyyət göstərəcək.

 

Bütün istehsal zamanı müasir avadanlıqlardan istifadə olunacaq. Müəssisədə istehsal olunan məhsulun keyfiyyətini daim nəzarətdə saxlanılması məqsədilə ən müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya da fəaliyyət göstərəcək.

 

Layihə üzrə 150 daimi iş yerinin yaradılması nəzərdə tutulub.

 

Prezident İlham Əliyev fabrikin təməlini qoydu.

 

***

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Cəbrayıl rayonunun Soltanlı kəndində “Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin təməlini qoyub.

 

Sfera.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.


OXŞAR XƏBƏRLƏR

İstanbulda güclü partlayış: bina uçdu - FOTO

İstanbulun Beyoğlu rayonunda binalardan birində partlayış baş verib.   Sfera.az xəbər verir ki, partlayış iki mərtəbəli binanın uçmasına səbəb olub. ...

Təyyarədə çaxnaşma: Sadəcə bir əşya təyyarənin yanğına səbəb oldu - FOTO

Sidneydən Hobarta gedən VA1528 saylı Virgin Australia reysi ilə uçan sərnişinlər eniş zamanı əsl şok yaşayıblar.    Sfera.az bildirir ki, &ldquo...

Şəmkirdə boğazına yelləncək ipi dolanan yeniyetmə öldü

Şəmkirdə 15 yaşlı qız ehtiyatsızlıqdan ölüb.   Sfera.az xəbər verir ki, hadisə rayonun Könüllü kəndində baş verib.   Belə ki, 2010-cu il t...

Emin Ağalarov "Dream Fest"ə ailəsi ilə birlikdə qatıldı - VİDEO

Xalq artisti Emin Ağalarov Bakıda keçirilən "Dream Fest" beynəlxalq musiqi festivalına ailəsi ilə birlikdə qatılıb.   Sfera.az xəbər v...

Bank of Baku-dan maliyyə savadlılığına töhfə

Bank of Baku rəqəmsal ödənişlər sahəsində maarifləndirmə tədbirlərini, eləcə də mümkün fırıldaqçılıq hallarına qarşı ehtiyatlı olmaqla bağlı çağırışlarını davam...

İstanbul danışıqları: sülh uzaqdır, amma diplomatiya işləyir

Rusiya və Ukrayna nümayəndə heyətlərinin Istanbulda başlanan növbəti ikitərəfli görüşü müharibəni dayandıracaq nəticəyə hədəflənməyib. Tərəflər ötən dəfə olduğu...